Kütləvi edamlar tənqidlərə səbəb oldu - FOTO
Səudiyyə Ərəbistanında bu yaxınlarda kütləvi ölüm hökmlərinin icrası dünyanın bir sıra ölkələrinin tənqidinə səbəb olub.
Rakus.az xəbər verir ki, insan haqları müdafiəçiləri bu müsəlman krallıqda insan haqlarının kobud şəkildə pozulduğundan narahatdır.
Ötən həftə bu ölkədə 34-ü şiə azlığının nümayəndəsi olmaqla, 37 səudiyyəli kişinin başı kəsilib. Onlar terrorizmlə əlaqəli cinayətlərdə günahlandırılıb.
Ekspertlər deyirlər ki, onsuz da insan haqları durumu pis olan Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd Bin Salmanın 2017-ci ildə hakimiyyətə gəlməsi ilə kütləvi edamlar da daxil edilməklə, insan haqları durumu getdikcə ağırlaşır.
“Səudiyyəlilərin son iki il ərzində müxalifliyin hər formasına qarşı təzyiqləri artıb” – deyə, Amnesty International-ın Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Filip Nassif bildirib.
Ekspertlər ölkə əhalisinin 10-15 faizini təşkil edən şiələrin əsasən repressiya hədəfi olduğunu deyir.
“Son edamların qurbanları əsasən şiə azlığı olub. Bu, uzun müddətdir davam edir, lakin Məhəmməd Bin Salmanın hakimiyyəti dövründə daha qabarıq hal alıb” , Filip Nassif bildirib.
Son edamlar 2016-cı ildən bəri ən çoxsaylıq edam hesab edilir. O zaman terrorizmlə əlaqəli cinayətlər ittihamı ilə 47 nəfər edam edilmişdi.
Onlar arasında tanınmış fəal Nimr Əl-Nimrin olması ölkədə şiə azlqıların etirazı, İranda isə Səudiyyə Ərəbistanının səfirliyinə hücumla nəticələnmişdi.
İki ölkə arasında diplomatik əlaqələr dayandırılıb, səfirəliklər qapalı qalıb.
İranın ali ruhani lideri Ayətulla Əli Xamenyi edamları bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirib.