Dünya 11.05.2019 03:34

Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıdı – LATVİYA

Latviya parlamenti 1944-cü ildə Krım tatarlarının sovet hökuməti tərəfindən kütləvi deportasiyasını soyqırım aktı kimi tanıyıb.

Rakus.az xəbər verir ki, Latviya millət vəkillərinin bu barədə mayın 9-da qəbul etdikləri qətnamədə deyilir: “Sənəd “Krım tatarlarının deportasiyasının 75-ci ildönümü münasibətilə” və “Krım yarımadasının 2014-cü ildə Rusiya tərəfindən ilhaqının tanınmamasının bəyannaməsi” kimi qəbul edilib”.

Sənəddə “bir sıra tarixi mənbələrə” istinadən bildirilir ki, “bu deportasiya Krım tatarlarının bir etnik qrup kimi kökünün kəsilməsi, onun mədəniyyətinin məhv edilməsi və Krım yarımadasına tarixi bağlılığının silinməsi məqsədi ilə planlı şəkildə həyata keçirilib”.

1944-cü ilin mayında Krımın tatar əhalisi sovet diktatoru İosif Stalinin direktivi ilə doğma yurdlarından Mərkəzi Asiya regionuna kütləvi sürgün edilib. Moskva Krım tatarlarını əsassız olaraq nasistlərə rəğbətdə ittiham edirdi.

On minlərlə Krım tatarı sürgünə gedən yollarda və sürgündə yaşadıqları ilk aylarda ölmüşdü.

Bu sürgündən sağ qalanlar və onların törəmələri 1980-ci illərdən etibarən icazəsiz olaraq Krıma qayıtmağa başlamışdılar. Lakin sonradan 2014-cü ildə yarımada Rusiya tərəfindən qanunsuz qəsb edildi.

Bunun ardınca Krım tatarlarına qarşı repressiyalar və onların sıxışdırılmasına yenidən başlandı. Krım tatarları Krımın Rusiya tərəfindən ilhaqına qarşı çıxırdılar.

Mayın 9-da naməlum vandallar Sevastopol şəhəri yaxınlığında Krım tatarlarının müharibə abidəsini dağıdıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO