Kriminal 18.09.2019 17:27

“Leş mafiyası”nın güclü himayədarları olub

“Leş mafiyası” ilə bağlı  yeni məlumatlar açıqlanıb. Bildirilir ki, bu mafiyanın rəhbərlərindən biri Əlifxan Şahverdiyev uzun müddət Sabirabadın Xəlfəli kəndində qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin toplanması, tədarükü və emalı ilə məşğul olub. Bu səbəbdən onu “Leş Əli” adlandırırlar.  

Rakus.az xəbər verir ki, Əlifxan Şahverdiyev bir neçə gün əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları tərəfindən həbs edilib. Onunla birgə “leş mafiyası”nın başqa bir “tanınmış siması” olan “Leş Tofiq” ləqəbilə tanınan Alıbəy Rzaxanov da tutulub. Əlifxan Şahverdiyev Xəlfəlidə, Alıbəy Rzaxanov isə Bakının Güzdək qəsəbəsində leş ətlərinin tədarükü və satışı ilə məşğul olub.

Əldə etdiyimiz yeni məlumatlarda bildirilir ki, bu Əlifxan Şahverdiyevin birinci həbsi deyil. O, bundan əvvəl də həbs edilib. Məsələn, 2017-ci ildə Əlifxan Şahverdiyevin Xəlfəli kəndindəki evinin həyətindən ümumi çəkisi 600 kiloqram olan leş ət aşkar edilib. Həmin ətlərdən baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülüb.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən 24 nümunə ət və 1 nümunə daxili orqanda (qaraciyərdə) bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətləri (leş əti) olması müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Həmçinin aparılan müayinə zamanı 24 ət nümunəsindən 1 nümunənin at, 3 nümunənin xırdabuynuzlu heyvan və 20 nümunənin iribuynuzlu heyvan əti olması müəyyən edilib.

Bu barədə hətta mediada məlumat dərc edilib. Lakin qısa müddətdən sonra Əlifxan Şahverdiyev azadlığa buraxılıb və yenidən bu işlə məşğul olub. Məlumatlarda bildirilir ki, Əlifxan Şahverdiyevin yaratdığı dəstənin üzvləri əsasən qohumlarından ibarətdir. Onun bu işlə məşğul olduğu isə bütün rayon camaatına bəllidir. “Onu hər dəfə tutub buraxırlar. Uzun illərdir bu işlə məşğul olur. Rayonda bunu hamı bilir. Amma onun vecinə də deyildi”, – deyə rayon sakinləri “Yeni Sabah”a bildirib.

Görünür, “leş mafiyası”nın güclü himayədarları var. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da saytımıza açıqlamasında bu mafiyanın “uzun əllərə” sahib olduğunu bildirmişdi. Hətta bir neçə il əvvəl “leş mafiyası”nin Bakının 3-cü mikrorayon ərazisindəki tədarük məntəqəsini deşifrə edərkən DİN-dən Eyyub Hüseynova təhlükəsizliyini təmin etmək təklifi gəlib. (Yenisabah.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO