Londonda 300-dən çox etirazçı həbs olundu
London polisi Baş nazir Boris Consonun “ipə sapa yatmayanlar” adlandırdığı, ətraf mühitin qorunması yolunda daha çox iş görülməsini tələbi ilə iki həftədır davam edən nümayişlər zamanı vətəndaş itaətsizliyi göstərmədikləri üçün 300-dən çox etirazçını həbs edib.
Rakus.az xəbər verir ki, “Extinction Rebellion” adlanan qrup siyasətçilərin karbon tullantılarının azaldılması ilə bağlı səyləri artırmasını tələb edərək İngiltərə, Almaniya, Avstriya, Avstraliya, Fransa və Yeni Zelandiya daxil olmaqla, bazar ertəsi bir sıra ölkədə aksiyalar keçirib.
Bu etirazlar aprel ayında Londonda 11 gün yol hərəkətinin dayanmasına səbəb olan qrupun koordinasiya etdiyi iqlim dəyişikliyinə qarşı sərt və daha sürətli addımlar atılması üçün qlobal miqyaslı kampaniyadır.
London polisi bazar ertəsi günün sonunadək 319 nəfərin həbs edildiyini bildirib.
Boris Conson fəalları tənqid edib.
“Qorxuram ki, təhlükəsizlik qüvvələri bu axşam mənim yola çıxmağımı istəməz, çünki onlar yolların “ipə sapa yatmayanlar”la dolu olduğunu deyir,” deyə etirazçılara qarşı ingilis dilində jarqon ifadəsindən istifadə edən Conson bazar ertəsi bir yığıncaqda bildirib.
Çərşənbə axşamı isə iqlim dəyişikliyi fəallarından bəziləri onun dediklərinə münasibət bildirib. Sasseks qraflığının sakini, fəal Diana Cons Reuters xəbər agentliyinin müxbirinə “Onun dedikləri kömək etmir” deyib.