Məhəmmədcavad Zərif ABŞ-ın cavabını verdi - FOTO
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaları “iqtisadi terrorizm” adlandırıb.
Rakus.az xəbər verir ki, M.Zərif avqustun 5-də Tehranda keçirilən konfransda çıxışı zamanı deyib: “ABŞ höküməti rəsmən bəyan edib ki, İran xalqı yemək istəyirsə, onlar siyasətlərini dəyişməlidir.”
Əgər digər ölkələr də ABŞ-ın İran neftini almamaq çağırışına əməl edərsə, Tehran qlobal neftin beşdə bir hissəsinin nəql edildiyi Hörmüz boğazından bütün ixracatlara qadağa qoyacağı ilə hədələyib. Tankerlərin Hörmüz və digər strateji su yolları ilə hərəkəti Vaşinqton və Tehran arasında İngiltərə və digər ölkələrin də qatıldığı qarşıdurmanın diqqət mərkəzindədir”.
İran xarici işlər naziri həmçinin ABŞ-ın iyulun 31-i onun özünə qarşı tətbiq etdiyi sanksiyaları da tənqid edib.
M.Zərif Vaşinqtonun bununla ABŞ Prezidenti Donald Trampın 2015-ci ildə çıxdığı nüvə sazişi ilə bağlı diplomatiyaya qapını bağladığını deyib.
Zərif şəxsən ona qarşı sanksiyaların “dialoqda və diplomatiyada məğlubiyyət” olduğunu bildirib.