Məşhur kardioloq “Ege Hospital”ına rəhbərlik edəcək
“Ege Hospital” ölkəmizin səhiyyəsində önəmli bir yer tutan, özündə yüksək keyfiyyət, xəstə məmnuniyyəti, müasir tibbi texnologiya prinsiplərini birləşdirən sağlamlıq mərkəzidir. “Ege Hospital” hər zaman xidmətlərinin çox çeşidli olması ilə, yüksək təcrübəli həkim heyəti ilə çox müəssisələrimizdən seçilir. Təsadüfi deyil ki, bu günlərdə klinikada “JCİ” (Joint Commision İnternational) standartlarına yüksək səviyyədə hazırlıq başlayıb. Klinika rəhbərliyi hazırlığın aşamaşında öz missiyasını, gələcək hədəflərini bu cür qəbul edib.
Missiyamız
Beynəlxalq keyfiyyət standartları ilə çalışmaq, texnologiya və yeniliklərlə birləşmək, insan faktorunu ön planda tutmaq, etik və tibbi çərçivədə sübut əsaslı təbabət prinsiplərini tətbiq etmək, xəstələrə həssas yanaşmaq, işçi heyətinin komanda ruhunun daimi yüksəkdə tutmaq əsas prinsiplərimizdir.
Vizyonumuz
Keyfiyyət, xidmət və xəstə mərkəzlilik prinsiplərini daim inkişaf etdirən, fərqlənən və səhiyyə sektorunda referans klinika olmaq hədəfimizdir.
Dəyərlərimiz
-Xəstə mərkəzlilik
– Xəstə haqq və hüquqlarına hörmət
– Xəstə, işçi güvənliyi və məmnuniyyəti
– Keyfiyyətli və əlçatan xidmət
– Dürüstlük
– Komanda işi
– Sübut olunmuş təbabət
“Ege Hospital”a yeni təyin olunmuş baş direktor tibb üzrə fəlsəfə doktoru Ülvi Mirzoyev klinika idarəçiliyi sahəsində müasir təhsil alan mütəxəssisdir. O, 2015-2017- ci illərdə Hacettepe Universitetində “Səhiyyənin təşkili və idarəçiliyi” ixtisasında oxuyub. Eləcə də, hal-hazırda Ülvi Mirzoyev “London Of Economics School” Universitetində səhiyyə idarəçiliyi təhsilini alır.
Xatırladaq ki, o, bu təhsil müəssisəsində bu ixtisas üzrə təhsil alan ilk azərbaycanlıdır. Müasir idarəçilik prinsipi, xəstə və işçi məmnuniyyəti bu gün “Ege Hospital”da əsas prinsip kimi götürülür. Ölkəmizdə ən böyük özəl klinika olan “Ege Hospital” xarici ölkələrdə təhsil almış, yerli və xarici həkim heyəti ilə, tibbin bütün sahələri ilə insanlarımızın xidmətindədir.