Mozambikdə VƏBA epidemiyası sürətlə yayılır
Mozambik rəsmiləri keçən ay ölkənin şimalını dağıdan Kennet siklonundan sonra yayılan vəba epidemiyasının qarşısını almağa çalışırlar.
Rakus.az xəbər verir ki, Kennet siklonu səhiyyə ocaqlarını dağıdıb, su anbarlarını zəhərləyib. Dünya Səhiyyə Təşkilatı çərşənbə günü Mozambikdə 190 minə qədər tibbi yardıma ehtiyacı və ya xəstəlilərə tutulma riski qarşısında olduğunu bildirib.
Kennet Mozambiki bir neçə həftə əvvəl ölkənin mərkəzi bölgəsini dağıdan İdai siklonunun fəsadları ilə mübarizə apardığı bir vaxt vurub. Mozambik, Malavi və Zimbabveni təsirinə məruz qoyan İdai siklonu liman şəhəri Beyranı dağıdaraq, min nəfərdən çox insanın ölümünə səbəb olub.
Humanitar Məsələlər üzrə Koordinasiya ofisi vəba epidemiyasının Kabo Deldaqo əyalətində keçən həftədən bəri beş dəfəyə qədər artdığını bildirib.
Fransanın MSF adlandırdığı Sərhədsiz Həkimlər kimi səhiyyə agentlikləri Pemba bölgəsinə çadırlar, su və sanitariya təçhizatı kimi yardımlar göndərir.
Qarşıdan gələn bir neçə gün əzrində vəba epidemiyasına qarşı regiona yarım milyon peyvənd göndəriləcəyi gözlənir.