NATO: “Türkiyə ilə müsbət həll yolu tapmağımız vacibdir”
NATO Baş katibi Yens Stoltenberq ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarı ilə əlaqədar sualları cavablandırıb.
Rakus.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
“Kədərlənirəm, çünki NATO müttəfiqlərinin birlikdə sanksiya tətbiq edəcəyi bir vəziyyətdəyik”, – o bildirib.
Onun sözlərinə görə, Türkiyənin S-400 sistemlərini alması ilə bağlı daha əvvəl də narahatlıqlar olub:
“Bu, milli qərardır. Ancaq S-400 sistemi NATO sistemləri ilə uyğun gəlmir. NATO hava və raketdən müdafiə sistemlərinə inteqrasiya edə bilməzlər. Bununla əlaqədar narahatlığımı dilə gətirmişdim. Türkiyə və bütün NATO müttəfiqlərini də həll yolu axtarmağa çağırırıram.
“Patriot” və “SAMP-T” kimi NATO sistemlərinin çatdırılması ilə bağlı danışıqların olduğunu bilirik. Bu sistemlər, hər ikisi də Türkiyənin NATO ilə uyğun hava müdafiə sistemini gücləndirə bilər. Hazırda Türkiyə və ittifaq üçün çətin olan bu vəziyyətə necə müsbət həll yolu tapa biləcəyimiz vacibdir”.