Netanyahu əndişəsi – Seçkilərin dalana dirənən nəticələri – TƏHLİL - FOTO
Sentyabrın 18-nə hesablanan səslər onu göstərir ki, İsrailin iki əsas siyasi partiyasından heç biri 120 yerlik Knessetdə çoxluq koalisiyasını yaratmaq üçün lazım olan 61 yeri əldə edə bilməyib.
Rakus.az xəbər verir ki, Likud Partiyasına mənsub olan Baş nazir Benyamin Netanyahu çərşənbə günü tərəfdarları önündə çıxış edərkən nə qələbəsini elan edib nə də məğlub olduğunu deyib.
O bildirib ki, o, gələcək günlər ərzində ərəb partiyalarının daxil olmadığı “güclü Sionist hökümət” yaratmağa çalışacaq.
Onun rəqibi və İsrail ordusunun keçmiş başçısı Mavi və Ağ Partiyasından Benni Qants tərəfdarlarına deyib ki, o, “xalqın istəklərini ifadə edən geniş birlik höküməti” yaratmağa çalışacaq.
Yekun nəticələr bəlli olandan sonra prezident Reuven Rivlin hər iki partiya başçısı ilə məsləhətləşəcək və Netanyahu ya da Qantzı hökümət yaratmağa çağıracaq.
Ötən dəfə olduğu kimi, bu dəfə də, höküməti bəlli edən Rusiyanın dəstəklədiyi Yisrael Beitenu Partiyasının başçısı müdafiə naziri Aviqdor Lieberman olacaq. O, ultra-ortodokslar və digər kiçik partiyaların olmadığı, Netanyahunun Likud partiyası, Qantzın Mavi və Ağ və özünün partiyasının daxil olduğu birlik hökümətə üstünlük verir.
Qantz keçən seçkidən sonra demişdi ki, o bu cür hökümətə Netanyahu Likudun lideri vəzifəsində istefa etdiyi təqdirdə isti yanaşa bilər. Netanyahu bir sıra korrpusiya, o cümlədən fırıldaqçılıq və etinaddan sui-istifadə itthamları ilə üzləşir.
Netanyahu böyük əksəriyyəti əldə edəcəyinə ümid edirdi, bir çoxları da onun özü üçün toxunulmazlıq qanunun irəli sürıcəyini ehtimal edirdi.
Qüdsə yerləşən Şalom Hartman İnstitutundan Yossi Klayn Halevi deyib ki, bu seçki Netnayunun leyhinə və leyhinə səsvermə idi.