Siyasi 06.02.2026 23:58

“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Heç kim inanmırdı ki, sovet vaxtı ermənilər vicdansızlıq edər” adlı veriliş Göyçə mahalı, Basarkeçər rayonu, Yuxarı Şorca kənd sakini Şakir Mikayılovun həyat hekayəsinə həsr olunub.

O, 1955-ci ildə anadan olduğunu, uşaqlıq, məktəb, gənclik və müəllimlik illərinin kənddə keçdiyini söyləyib: “Füsünkar təbiəti olan kənd dağlıq ərazidə yerləşdiyinə görə bütün fəsillər gözəl olurdu. Uşaqlığımız həmişə çox yaxşı keçib. Kənddəkİ Alban qəbiristanlığını ermənilər öz adlarına çıxırdılar. Kəndimiz qədim türk torpağıdır, toponimlərin hamısı Azərbaycan adları idi. Orada qeyri-millətin adına rast gəlinmirdi”.

Onun sözlərinə görə, ermənilər tarix boyu vicdansız hərəkətlər ediblər: “1987-ci ildə müəllimlərin maaşını rayonda bankdan alırdıq. Orada Siyasi Büro üzvlərinin eyni ölçüdə şəkilləri asılmışdı. Heydar Əliyevin şəkili isə çox kiçik ölçüdə idi. Bank müdirinə dedim ki, bəs, niyə belədir, orada Heydar Əliyevin şəkili digərlərindən fərqli ölçüdədir. Dedi ki, şəkil tapmadıq. Dedim, mən tapıb gətirsəm, dəyişərsinizmi? Dedi ki, əlbəttə, dəyişərik. Biz şəkil gətirib onu dəyişdirdik. Onların iyrənc xisləti həmişə bizim millətə qarşı olub və davam edir”.

Kənd sakini bildirib ki, 1905, 1915, 1918-ci illərdə camaat qaçqınlığa məruz qalıb: “Sonuncu deportasiya 1988-ci ildə çox iyrənc şəkildə oldu. Ermənilər kəndlərdə yanğın törədirdilər. Bizim kənddən iki ailənin köçünü yandırdılar, bədən xəsarətləri alanlar oldu. Bizə zülmlü həyat yaşatdılar. Noyabrın qarlı bir günü idi. Camaat məcburiyyət qarşısında qalıb Kəlbəcər yolu ilə çıxdı. Dörd yaşlı kiçik oğlum 14 kilometr yolu piyada gəldi. İki yaşlı qızımı kürəyimizə bağlayıb gətirdik. Ev-eşiyi qoyub çox böyük əziyyətlə Kəlbəcərin Zəylik, sonra Tərtərin Cəmilli və Bəyimsarov kəndlərinə gəldik”.

Ş.Mikayılov doğma yurda qayıdış istəyini də ifadə edib: “Kəndimiz Azərbaycanla sərhəd olduğuna görə ermənilər dağıdıblar. O kəndin icma sədri kimi, camaatla görüşürəm, hamısı qayıtmaq eşqi ilə yaşayır. Biz doğma yurdumuza xor baxmadıq, mütləq qayıdacağıq. Hətta nəvəm də deyir ki, baba, məni də apararsan. İnşallah, vaxt gələcək, biz Göyçəyə qayıdacaq, gözəl dağlarımızı, bulaqlarımızı görəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 6-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO