Siyasi 23.01.2026 23:26

“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bir qup daşnak atamı öldürmək üçün plan cızmışdı” adlı veriliş Şəmşəddil mahalının Dilican şəhəri, Alaçıqqaya kənd sakini Arif Orucovun həyat hekayəsinə həsr olunub.

O, 1961-ci ildə anadan olduğunu, doğma kənddə boya-başa çatdığını, təhsil aldığını, yaylaqlara getdiklərini söyləyib: “Bizim yaylaqlar İrəvan xanlarının istirahət yeri olub. Vaxtilə kəndimizin adı Alaçıqqaya yox, Zogallıq olub. Bizim dərələr Çəmbərək rayonuna qədər suyun altında olub. Sonra zəlzələ və ya başqa səbəbdən suyun qarşısı açılıb və tədricən ora boşalıb. Bu dövrdən sonra insanlar Dilican dərəsi və Çəmbərəkə doğru məskunlaşmağa başlayıblar. İndiki Dilican şəhərinin olduğu yeri ulu babamız Umdalı kişi 19-cu əsrin əvvəllərində özü üçün yaşayış yeri seçib. Orada  müxtəlif təzyiqlərlə üzləşdiklərinə görə Qoş kəndinə köçüblər”.

Onun sözlərinə görə, 1980-ci ildə Tbilisidə əsgərlikdə olduğu zaman ermənilər türklərə qarşı mənfi münasibət bəsləyib: “Bizimlə erməni əsgərlər arasında münasibətlər tez-tez çox kəskin pozulur, dava-dalaş, xəsarət almaq dərəcəsinə gəlib çıxırdı. Hələ 1983-1984-cü illərdə  mağazalarda daşın üstünə ”Böyük Ermənistan” yazmışdılar. 1987-ci ildə atamla İrəvan şəhərinə gedəndə avtobusda bizi türk, azərbaycanlı olduğumuza görə Göyçə gölünün kənarında saxladılar, polis işə qarışdı.

Kənd sakini deportasiya vaxtı üzləşdikləri çətinliklərdən söz açıb: “Bir qup daşnak, saqqallı erməni atamı ğldürmək üçün məkirli plan cızmışdılar. 1988-ci ildə atam əmimgildə olanda daşnakların ona atdığı güllə əmim qızına dəyərək öldürüb. Atam avtobusda gələndə yorğan-döşəyin altına gizlənib ki, saqqallılar onu öldürməsinlər. Ermənilər avtobusu yoxladıqdan sonra avtomatın ucundakı nizə ilə döşəyi deşik-deşik ediblər. Xoşbəxtlikdən nizə atama dəyməyib. Vəziyyət çox gərginləşmişdi. Rus generallar bizə eşitdirirdilər ki, artıq burada yaşamaq, sizi polislə qorumaq qeyri-mümkündür, çalışın, köçün. Payıza qədər kənd pərən-pərən düşdü”.

A.Orucov doğma yurda qayıdış ümidlərinin itmədiyini vurğulayıb: “Camaatımız Azərbaycanın və keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnib. Hamımızın daxilində Vətən həsrəti, qayıtmaq ümidimiz var. Əminəm ki, yaxın gələcəkdə hökmən doğma kəndimizə qayıdacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 23-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO
Gündəm / 20.01.2026 12:01
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Gündəm / 20.01.2026 11:54
Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib - FOTO - VİDEO
Siyasi / 20.01.2026 11:22
Millətin azadlıq eşqini söndürə bilməyən qanlı cinayət
Gündəm / 20.01.2026 08:43
Xalq 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edir - FOTO - VİDEO
Gündəm / 20.01.2026 00:01
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Müsahibə / 19.01.2026 23:43
“Ermənilər maddi-mənəvi dəyərlərimizə böyük zərbə vurublar” - VİDEO
Gündəm / 18.01.2026 13:38
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Mədəni / 17.01.2026 23:46
“Xalçalar üzərindən oxunan deportasiya yaddaşı” - VİDEO
Siyasi, Sosial / 16.01.2026 23:50
“Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.01.2026 14:22
“Ata yurduma qayıdışı gözləyirəm” – Səfayə Həsənovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 15.01.2026 23:18
“Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?” - VİDEO
Siyasi / 15.01.2026 14:22
Ermənistan türk dövlətinə çevriləcək – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 14.01.2026 23:52
“Böyük Ermənistan” nağılı Avropa masalarında yazılıb” - VİDEO
Elm və təhsil / 14.01.2026 14:22
“Erməni kartı” – Avropanın geosiyasi aləti – ANONS - VİDEO
Siyasi, Sosial / 13.01.2026 23:08
Başköy, Baş Gərni, Baş Gözəldərə – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 13.01.2026 14:22
Qarapapaqların yaşadığı qədim kənd – ANONS - FOTO - VİDEO