Nyu-Yorkun Mərkəzi Parkı səhra xəstəxanası olur
Nyu-York şəhərinin səhiyyə sistemi ümumi pasiyentlərin müayinəsi üçün Hərbi Dəniz Donanmasının gəmi hospitalı və koronavirusa yoluxmuş xəstələri müalicə etmək üçün açılacaq yeni səhra xəstəxanası kimi yardım alır.
Rakus.az xəbər verir ki, 68 çarpayılıq səhra xəstəxanası Nyu-Yorkun məşhir Mərkəzi Parkında (Central Park) salınır.
Nyu-York ştatının qubernatoru Endryu Kuomo xəstəxananın çərşənbə axşamı açılacağını deyib.
Layihə Birləşmiş Ştatların qlobal xristian humanitar qrupu `Samaritan’s Pulse` tərəfindən dəstəklənir. dayanır.
Qrup `Mount Sinai` səhiyyə sistemindən olan həkimlər və tibb bacılarından ibarət qrupun səhra xəstəxanasına gətirilən koronavirus xəstələrinə yardım göstərəcəyini bildirib.
Artıq buna bənzər bir obyekt İtaliyanın şimalında fəaliyyət göstərir.
Nyu-Yorkda artıq 33 mindən çox koronavirusa yoluxma və 800-ə yaxın ölüm halı qeydı alınılb.
ABŞ hazırda 136 mindən çox yoluxma halı ilə dünyada birinciliyini saxlayır. Bazar günü artıq 2 400-ə yaxın insanın həyatını itirdiyi bildirilib.