Olina Zelinskayanın Krımdakı mənzili səs-küy YARATDI
Vladimir Zelinskinin həyat yoldaşı Olina Zelenskaya 2013-cü ildə Krımda bazar qiymətinin yarısı məşləğində penthaus alıb.
Rakus.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi Ukraynanın yeni seçilmiş prezidentinin deklarasiyasına əsaslanaraq bildirib.
Agentliyin əldə etdiyi məlumata görə, Olina Zelenskaya Yalta şəhərində üçotaqlı mənzili 164 min dollara alıb ki, bu da hər kv. metrinin təxminən 1200 dollar olduğu deməkdir. Əslində isə belə mənzillərin kv. metri 2.8-lə 4 min dollar arasında idi.
Olina Zelinskaya mənzili Ukraynanın sabiq deputatı, biznesmen Aleksandr Buryakdan alıb. O, eləcə də Zelenskinin seçki kampaniyasında könüllü olaraq, seçki günü isə müşahidəçi kimi iştirak edib.
Mənzil alış-verişi ilə bağlı nə Olina Zelinskayadan, nə də Buryakdan şəhr almaq mümkün olub. Lakin sonradan prezident Zelenskinin məktuat xidməti İnterfax-a Olina Zelenskayanın Krımda daşınmaz əmlakı Rusiyanın Krımı ilhaqından əvvəl, Ukraynanın mövcud qanunvericiliyinə tamamilə uyğun olaraq əldə etdiyini bildirib.
“Daşınmaz əmlak bazar qiymətinə əldə edilib. Eyni zamanda bütün zəruri vergilər və ödənişlər Ukraynada ödənilib. Rusiyanın Krım yarımadasının qeyri-qanuni ilhaqından sonra ailə həmin mənzildən heç vaxt istifadə edə bilməyib” – deyə, Ukraynanın yeni prezidentinin mətbuat xidməti bildirib.
Aprel ayında Zelenskilərin mənzili 790 min 668 dollara satışa çıxarılıb ki, bu da prezidenti həyat yoldaşının 2013-cü ildə mənzili aldığı qiymətdən 4 dəfə çoxdur.
2019-cu ilin mart ayında da Ukraynanın Slidstvo.Info agentliyi Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski İtaliya sahillərində şirkətinə məxsus bir villa haqqında bir məqalə nəşr etmişdi. Nəşr bu əmlakın deklarasiyada qeyd olunmadığını bildirmişdi.