Ölüm özəl klinikada olub – Nazirlik
Bakıda əməliyyat zamanı xəstə dünyasını dəyişib.
Rakus.az xəbər verir ki, özəl klinikaların birində həkim Sirus Qoçxani həmkarı həkim-ginekoloq olan Sona Gürgün Vəliyevanı əməliyyat edən zaman bədbəxt hadisə baş verib. Belə ki, liposaksiyadan sonra S.Gürgün dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirib ki, hadisə özəl klinikada baş verdiyi üçün nazirlik bu məsələyə baxmır:
“Həmin hadisə özəl klinikada baş verib, özəl klinikalar isə nazirliyin tabeçiliyində deyil”.
Xatırladaq ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.