Səhiyyə 17.02.2026 10:00

Onu görən uşaq deyir: “Mən də həkim olmaq istəyirəm” - FOTO

“Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır”. Bu müdrik kəlama əsaslanaraq əminliklə demək olar ki, öz həyatını məhz uşaqların, gələcək nəslin sağlamlığına həsr etmək, dəyərli insan, gözəl ailə başçısı, əsl vətənpərvər olmaq, nümunəvi fəaliyyəti ilə uşaqların və valideynlərin sevgisini qazanmaq hər kəsə nəsib olmur. Onu 9 ildir, yəni ailəmizdə ilk övlad dünyaya gəldiyi günlərdən tanıyırıq. Onu bizə daha yaxın edən düşərli ayaqları, şəfalı əlləri, mərhəmətli davranışı, insani, nəcib duyğuları, məsuliyyətli peşə olan həkimlik sənətinə sevgisi, seçdiyi peşədən daim həzz almasıdır. Əlbəttə, söhbət, uşaqların sevimli həkimi, bu gün 63 yaşını qeyd edən Mehparə Adil qızı Məmmədovadan gedir.

O, 1963-cü il fevralın 17-də Xanlar rayonunda anadan olub. 1971-1980-ci illərdə Xanlar rayonu 3 nömrəli orta məktəbdə oxuyub.  1981-ci ldə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olub. 1988-ci ildə institutu bitirib və Q.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Poliklinika şöbəsində sahə həkimi kimi fəaliyyətə başlayıb. Hazırda 21 saylı Uşaq Poliklinikasında həkim-pediatr kimi  çalışır. İki övlad sahibi olan bu dəyərli insan haqqında böyük məmnuniyyət duyğusu ilə məqalə yazmaq istəyi onun pediatr kimi zəhmətə, peşəkarlığa və insanlığa dayanan ömür yolu ilə bağlıdır.

Bəllidir ki, insanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayırlar. Bioloq kimi tanınan məşhur akademik Konstantin Skryabinin həkimlik sənəti haqqında dediyi kimi: “İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir. Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”. Bəli, məhz Mehparə xanım da belə insanlardan, fikri aydın, qəlbi təmiz olan həkimlərdəndir. O, uzun illərə söykənən fəaliyyətini məhz körpələrin səhhətinin qorunmasına, uşaq xəstəliklərinin qarşısının alınmasına yönəltməklə minlərlə övladın sağlamlığına töhfə verib. Olduqca məsuliyyətli və çətin olan bu yolda daim fövqəladə vəziyyətlərə hazır olub, insanlara yardım etmək üçün gecəsini gündüzə qatıb və bundan həzz alıb. Onun qoyduğu diaqnozlar, yazdığı reseptlər nəticə etibarilə düşərli olub. Təbii ki, bu, onun həm peşə andına sədaqətindən, həm yaxşı təhsilindən, savadından, həm də geniş ruhiyyəli qəlbində insanlığa olan dərin məhəbbətindən doğub. Bu gün onu yaşadan sağaltdığı uşaqların və onların valideynlərinin ürək dolusu etdikləri alqış və dualardır.

Bu yerdə təbabətin ən alisi olan yunan həkimi Hippokratın “həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir” müdrik kəlamını xatırlamaq yerinə düşür. Bu fikrə əsaslanaraq rahatlıqla deyə bilirəm ki, Mehbarə xanımı sevdirən cəhətlərdən biri də məhz onun xəstə ilə münasibətdə həmişə həssas olması, düşüncəli rəftar etməsi, el dili ilə desək, naxoşlayan övlad üçün ana, uşaqların mühafizəçisi olmasıdır. Onun həm də heç nə ilə əvəz olunmayan saf ürəyi, unudulmayan xoşxasiyyəti, insanpərvərliyi, vəfalılığı var.

Müdriklərin dediyi kimi, həqiqətən də pediatr əlləri xaricdən kobud görünə bilər. Lakin onlarda elə bir daxili incəlik var ki, uşaqlara əzab verəcək hər bir şeyin qabağını almağa qadirdir. Yaxşı insan olmayan kəs yaxşı həkim ola bilmir. Aydındır ki, yeni doğulanlara sağlam həyat vermək üçün məsuliyyət daşımağa hər an hazır olan Mehbarə xanım da yaxşı insan kimi ən böyük arzusuna – həkim sənətinə yiyələnməklə, onun sirlərini öyrənməklə, müstəqil ölkəmizin səhiyyəsinə, uşaqlarına töhfə verməklə çatıb. O, bu gün də çox nəcib və məsuliyyətli işində, körpələrin, uşaqların sağlamlığının keşiyində dayanır. Bir həkim kimi, onun davranışı, düşüncəsi, baxışı, incəliyi hər zaman bəyənilir. Əlbəttə, bütün bunlar həkimlik etikasından, əxlaqından qaynaqlanan amillərdir. Əbəs yerə deyilmir ki, həkimin əxlaqi mədəniyyəti, təcrübəsi ona ruhi sakitliyini saxlamaqda kömək edir. Bu da ona yaxınları qarşısında, Vətən qarşısında müqəddəs borcunu həyata keçirməyə imkan verir. Məhz bu, həkimin həyatda qazandığı əsl xoşbəxtliyə səbəb olur. Hər kəs bilir ki, sağlamlıq gücün və xoşbəxtliyin əsasıdır.  Dünyanın ən yaxşı həkimləri səbirli və sevincli olur. Həqiqi həkim hər bir xəstə ilə ölüb-diriləndir. Mehbarə xanım da sözün əsl mənasında xoşbəxt həkim olaraq uşaqlar naminə ölüb-dirilənlərdən, özünü tibbə həsr edənlərdən və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardandır.

Təbii ki, hər bir valideyn övladının sağlam və güclü böyüməsini, mümkün qədər az xəstələnməsini və ya ümumiyyətlə, xəstələnməməsini istəyir. Gələcəyimiz olan uşaqların ilk növbədə sağlamlığını düşünmək təkcə həkimin yox, hər bir valideynin də vəzifəsidir. Onların sağlam nəsil olaraq böyüməsi cəmiyyətin sağlam olmasına işarədir. Ona görə də uşaqlarımızın qayğısına qalmaq üçün onların sağlamlığını və gigiyenasını şansa buraxmadan hər zaman Mehbarə xanım kimi həkimlərə etibar edirik. Çünki uşaqların sağlamlıq və inkişafına böyük töhfə verən Mehparə xanım körpələrdən başlayaraq, müxtəlif yaşlarda uşaqların diaqnostikası və müalicəsində əhəmiyyətli rol oynayır. O, səmərəli tibbi xidmət göstərmək üçün hər işə vicdanla yanaşır, insanlara dəstək olur, bilik və təcrübələrini bölüşür. Bu səbəbdən fədakar zəhmətinə, yüksək peşəkarlığına görə övladlarımızın sevimli həkiminə ürəkdən minnətdarlıq bildirməyi, doğum gününü təbrik etməyi, cansağlığı və uzun ömür arzulamağı özümüzə vətəndaşlıq borcu bilirik.

Bir sözlə, Mehbarə xanımın uğur və parlaq nailiyyətləri özü üçün həyat devizi seçdiyi “Uşaqlar bizim gələcəyimizdir” fikrindən qaynaqlanır. O, bu peşəni təkcə sevməklə kifayətlənmir, həm sevdirir, həm də uşaqların böyüdükdən, orta məktəbi başa vurduqdan sonra peşə seçmələrinə müsbət təsir göstərir. Məhz ona görə də, Mehbarə xanımı görən uşaqlar deyir: “Mən də həkim olmaq istəyirəm!”

Əsgər Əlioğlu

 

XƏBƏR LENTİ
Səhiyyə / 17.02.2026 10:00
Onu görən uşaq deyir: “Mən də həkim olmaq istəyirəm” - FOTO
Elm və təhsil / 14.02.2026 23:43
Qərbi Azərbaycan ərazisində tapılan antropoloji qalıqlar kimlərə aiddir? - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2026 23:39
“Erməni həkim zədələnən ayağı qəsdən kəsirdi ki, azərbaycanlı əlil qalsın” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2026 14:22
“Çaxmaq kəndinə nəvələrimlə qayıdacam” – Əli Novruzovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 12.02.2026 23:48
“Ermənistanın hüquqi tələsi: Konstitusiya dəyişmədən sülh mümkündürmü?” - VİDEO
Siyasi / 12.02.2026 14:22
İrəvanda sülhə qarşı qorxu ritorikası – ANONS - VİDEO
Hərbi, Siyasi / 11.02.2026 23:17
“Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı” - VİDEO
Siyasi / 11.02.2026 14:22
Çar Qafqazda qanlı toqquşmaları niyə dayandırmışdı? – ANONS - VİDEO
Sosial / 11.02.2026 10:08
“Bələdiyyənin xəbəri olmadan sənədlər saxtalaşdırılır” – Hümbət Hüseynov - FOTO
Siyasi, Sosial / 10.02.2026 23:16
Bəykənd və Bəyrabad toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.02.2026 14:22
Erməni və rusların adını təhrif etdiyi türk yurdu – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 07.02.2026 23:37
Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi - VİDEO
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO