Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Rakus.az xəbər verir ki, Azadlıq prospektində “Opel” markalı avtomobil yolu piyadalar üçün müəyyən edilməmiş hissədən keçən 32 yaşlı Müşərrəf Zeynalovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, M.Zeynalova “Banu” adı ilə müğənnilik edirmiş.
12:17
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Rakus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, hadisə Binəqədi rayonunun C.Xəndan küçəsində qeydə alınıb.
Göyçay rayon sakini Sabit Salmanovun idarə etdiyi “Opel” markalı avtomobil yolu keçən Müşərrəf Verdiyevanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, hadisə zamanı dünyasını dəyişən M.Verdiyeva müğənni idi.