Ordan alma, buradan al -fikri ittifaq ruhuna uyğun gəlmir
Xarici İşlər naziri Mövlud Çavuşoğlu, ABŞ-ın S-400 üzərindəki mövqeyini, “Ordan alma, buradan al – ölkələr arası ittifaq ruhuna uyğun gəlməyən fkirdir”, sözləriylə tənqid etdi. “Biz çox təəccübləndik, həm də Pompeonun bəyanatı və ifadələrinin səsi tonu həqiqəti əks etdirmir” dedi.
Rakus.az xəbər verir ki, NATO-nun qurulmasının 70 illiyi münasibətilə Vaşinqtonda NATO Xarici İşlər Nazirləri Yığıncağına qatılan xarici işlər naziri Çavuşoğlu Türk mətbuat nümayəndələri ilə görüşündə bildirib.
Ankara dəfələrlə ABŞ-a və digər tərəfdaşlarına Rusiya ilə S-400 zenit-raket sistemlərinin alınmasına dair razılaşmanın ləğv olunmasının mümkün olmadığını bildirib.
Çavuşoğlu deyib ki, Türkiyə artıq S-400 sistemlərini alıb: “Türkiyə S-400 sistemlərini almağa məcbur idi, çünki o, analoji sistemləri müttəfiqlərindən ala bilməyib”.
Çavuşoğlunun fikrincə, ABŞ-ın “Patriot” sistemlərinin tədarükü məsələsində inkişafa nail olmaq üçün ABŞ Konqresinin razılığı olmalıdır.