Pakistan Prezidenti Arif Alvi peyvəndin ilk dozasının vurulmasına baxmayaraq, koronavirusa yoluxub.
Rakus.az xəbər verir ki, dövlət başçısı “Twitter” səhifəsində yazıb:
“Mənim testimin cavabı müsbətdır. Allah bütün COVID-19 xəstələrinə şəfa versin. Peyvəndin ilk dozasını almışam, lakin anticisimlər ikinci dozadan sonra yaranır. Onu bir həftə sonra vurdurmalı idim. Xahiş edirəm, ehtiyat tədbirlərinə riayət edin”.
Bir müddət öncə peyvəndin ilk dozasını vurduran Pakistanın Baş naziri İmran Xan da koronavirusa yoluxub.
Xatırladaq ki, ölkədə vaksinasiya prosesi fevralın 3-də start götürüb.