Pakistanda fəlakət və faciədə ölənlərin sayı artır - FOTO
Pakistanın cənubundakı Kəraçi şəhərində, ətraf ərazilərdə və Pəncab əyalətində güclü qum fırtınası və leysan yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 36 nəfər yaralanıb.
Rakus.az xəbər verir ki, Xayber-Paxtunxva əyalətində bir kişi və qadın evin dağılan damının altında qalaraq həlak olub.
Doqquz balıqçı dənizdə fırtına səbəbindən dənizdə itkin düşüb. Sonradan onların beşi xilas edilib, dörd balıqçıdan xəbər yoxdur. Qum fırtınası Kəraçi şəhəri və Pəncab əyalətinin bir sıra rayonlarında elektrik dirəklərini və ağacları yıxıb. Külək bəzi evlərin damlarını atıb, bir çox evlərə ciddi zərər dəyib.
Bundan əlavə, Pakistanın qərbindəki Mustanq şəhərində mikroavtobusun qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, 7 nəfər yaralanıb.
İçərisində qadınlar və uşaqlar olan mikroavtobus yük maşını ilə toqquşub. Yaralananların bir neçəsinin vəziyyəti ağırdır.
Qəzanın səbəbləri araşdırılır.