Dünya 08.10.2020 18:22

Paşinyan çaşqındır – uduzur, “günah keçisi” və satqın axtarır – TƏHLİL - FOTO

Azərbaycanın əks-hücumundan özünü itirən Ermənistan hakimiyyəti “günah keçisi” axtarır. İlk qurban Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Arqişti Kərəmyan oldu. Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə o, tutduğu vəzifədən azad edilib.

2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra ölkədə bu vəzifəni daşıyanlar qurbana çevirilirlər. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Onun keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb və bu il martın 19-da bu vəzifəyə təyin olunmuşdu. İyunun əvvəlində Martirosyan tutduğu vəzifədən azad edilib. Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib.

Bu idarə ölkənin təhlükəsizliyinə birbaşa xidmət edir. Ancaq son illər onun rəhbərləri xarici ölkələrə casusluqda ittiham olunur. Xatırladaq ki, Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qaynı Qraçi Akopyan prokurorluğa ”Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığı üçün Paşinyanın Artur Vanesyanı işdən azad etməsinin açıqlaması var?” mövzusunda müraciət etmişdi.

Kərəmyan vəzifəyə təyin ediləndə xidməti “xarici ölkələrin casusundan təmizləyəcəyini” vəd etmişdi. Görünür, Paşinyan “xarici ölkələrin” xoşuna gəlmək üçün gənc kadrını qurban verir.

Heç şübhəsiz, Kərəmyanın işdən çıxarılması yalnız bir məsələyə görə deyil.

Bununla Paşinyanın öz məğlubiyyətlərini əsaslandırmağa çalışdığını “Facebook”dakı sonuncu paylaşımından da görmək olar: “Bir neçə gün qabaq cəbhə xəttindən narahatedici belə bir xəbər aldım: Bəzi adamlar döyüşçülər arasında “Nikol torpağı satıb. Bu, razılaşdırılmış müharibədir. Sizləri burada ət maşınına qoyublar. Mövqeləri saxlamaq əbəsdir”. Əsgərləri inandırıblar. Bundan sonra onlar mövqeləri və silahları təhvil veriblər”.

Paşinyan məsələni milli təhlükəsizlik xidmətinin araşdırdığını bildirib: “Onların başçılarından biri aşkarlanıb. O, Xankəndi (ermənilər “Stepanakert” deyir – S.İ.) sakinidir, Yerevanda tutulub. Hazırda başqa versiyalar da nəzərdən keçirilir. Bunlardan biri də siyasi xarakterlidir. Hələlik çox mətləb aydın deyil”.

Onun sözlərinə görə, “generalların, zabitlərin, əsgərlərin, könüllülərin, azadlıq uğrunda mübarizə aparanların arasında satqın ola bilər”.

Argisti Kərəmyan

Argisti Kərəmyan

Kərəmyanın tutduğu vəzifədən azad edilməsi həm də Ermənistan hakimiyyətində ciddi kadr böhranının olduğunu ehtimal etməyə əsas verir.

Paşinyanın açıqlamasındakı “satqınlıq siyasi xarakterli ola bilər” versiyası isə müxalifətə ünvanlanıb. Çiçəklənən Ermənistan Partiyasının lideri, milyonçu deputat Qaqik Sarukyan həbsdədir. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Paşinyana və hüquq-mühafizə orqanlarına müraciətlər edilir. Yaxud döyüşlərdən bir neçə gün əvvəl Vətən Partiyasının sədri, xidmətin keçmiş direktoru Vanesyan Paşinyanın istefasını tələb etmişdi.

Oktyabrın 8-ə Çiçəklənən Ermənistan, Vətən partiyaları və “Daşnaksütyun” Yerevanda hökumətə qarşı etiraz mitinqi elan edib. Bu aksiyada Paşinyanın istefası tələbinin irəli sürülməsi nəzərdə tutulmuşdu. “Facebook”dakı açıqlaması ilə Paşinyan bu prosesin qarşısını da alıb. Ola bilər ki, sonuncu paylaşım daha çox həmin aksiyanı hədəf alıb. Çünki təşkilatçılar mitinqin təxirə düşdüyünü hələ elan etməyiblər.

Odur ki, Nikol Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün Ermənistan ordusunun döyüşdə məğlub vəziyyətə düşməsindən istifadə edəcək. Bu isə yaxın günlərdə ölkədə kütləvi həbslərin olacağı ehtimalını artırır.

Deməli, Paşinyan “aramızda satqın var” tezisi ilə bir neçə məsələni birdən həll edir:

– məğlubiyyəti əsaslandırmaq üçün bəhanə tapır;

– hakimiyyətdə yeni kadr dəyişikliyi edir;

– siyasi rəqiblərini sıradan çıxarır;

– cəmiyyətdə onun siyasətinə etirazın qarşısını alır;

– ordunun bacarıqsızlığını “satqınların” üzərinə yıxır;

– döyüşlərdən sonrakı mərhələdə xaosun qarşısını almaq, ölkədə rejim yaratmaq üçün bu amildən istifadə edəcək;

– Azərbaycanın gücünü etiraf etməyib, günahı həmin “satqınlar”ın boynuna yıxacaq və s.

Beləliklə, Nikol Paşinyan döyüşlərdən sonra hakimiyyətini qorumağa hazırlaşır. Onun sonuncu “Facebook” paylaşımı və Kərəmyanın işdən çıxarılması bunu təsdiqləyir.

Sədrəddin Soltan – (Report) 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO