Dünya 17.03.2020 23:39

Paşinyanın referendum istəyi, yoxsa daşnakvari diktator – TƏHLİL - FOTO

Bir vaxtlar Qərbin adamı kimi tanınan Nikol Paşinyan indi terrordan, ruspərstlikdən tutmuş faşistlərlə əməkdaşlığa qədər müxtəlif istiqamətlərdə ad çıxarmış daşnaklarla gizli danışıqlara başlayıb.

Rakus.az xəbər verir ki,bu barədə Rusiyanın “Vestnik Kavkaza” portalında erməni müəllif Mamikon Babayan yazıb.

Müəllif Nikol Paşiyanın bu adı pis çıxmış partiya ilə əməkdaşlığa getməsinin qiymətini də öyrənib. Sən demə, Nikol Paşiyan Konstitusiya Məhkəməsinin üzvlərinin taleyini müəyyən edəcək 5 aprel referendumundan istədiyi nəticələri çıxarmaq istəyir. Yəni erməni inqilabının narıncı lideri bu demokratik qurumu da ləğv edərək daşnakvari diktatora çevrilməyi qarşısına məqsəd qoyub.

Bunun qarşılığında isə daşnaklara Konstitusiya Məhkəməsində bir-iki yer verə bilər. Onların təmsilçilərinin nazirliklərə və idarələrə də yerləşdiriləcəyi ehtimal edilir.

Daşnaklara bu qədər yaxınlaşan Paşinyanın digər bir istəyi erməni diasporu ilə yaxın əlaqələr qurmaqdır. Sirr deyil ki, erməni diasporu arasında ən populyar partiya daşnaklardır. Bu da Paşinyanın Ermənistanda rahatlıqla hökmdarlıq etməsinə şərait yaradacaq. Yəni diaspor Ermənistanda növbəti rəngli inqilabın keçirilməsinə pul ayırmayacaq.

Levon Ter-Petrosyan və Nikol Paşinyan

Levon Ter-Petrosyan və Nikol Paşinyan

Son vaxtlar belə görünür ki, Paşiyan artıq ənənəvi görüşlərindən 180 dərəcə uzaqlaşıb. Vaxtilə Levon Ter-Petrosyanı öz lideri sayan, onun Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı fikirlərini dəstəkləyən, bu barədə hətta kitab yazmış Nikol öz keçmiş liderini saxtakar adlandırıb. “İravunk” qəzetinin yazdığına görə, bu, Levon Ter-Petrosyanı çox əsəbləşdirib və o, Nikola qarşı əlində olan kompromatları aça biləcəyini vurğulayıb.

Bütün bunlar göstərir ki, Azərbaycan bu qeyri-adekvat siyasətçinin addımlarını diqqətlə izləməlidir. Daşnaklara qoşulan Nikol onlar kimi “dənizdən dənizə Ermənistan” xəyalına düşə bilər. Bu isə daha yeni Azərbaycan əraziləri tutmaq üçün qəfil hücum riskidir. Azərbaycanın dövləti və ordusu bu təhlükə qarşısında ayıq olub, vəziyəti diqqətlə izləməlidir. ( İstiPress)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO