Peskov Netanyahunun açıqlamasını təkzib etdi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İsrailin Baş naziri Binyamin Netanyahunun Vladimir Putinə Suriyadakı böhranı tənzimləmək üçün hansısa plan verməsinin yanlış məlumat olduğunu bildirib.
Rakus.az xəbər verir ki, “Mən bunu təsdiq edə bilmərəm, bu vəziyyətdə, ehtimal ki, danışdığımız planın dəqiqləşdirilməsi lazım olacaqdır, bu barədə danışarkən cənab Netanyahu nəyi nəzərdə tuturdu”, – Peskov jurnalistlərə bildirib ki, Netanyahunun fevral səfəri zamanı İsrail tərəfi Rusiyaya bu növ sənəd təqdim etməyib.
Xatırladaq ki, bu haqda əvvəl The Times of Israel nəşri məlumat yayıb. Vurğulanıb ki, Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa təqdim etdiyi “Suriya böhranının həlli” planını Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşdə də müzakirə edib. B.Netanyahunun sözlərinə görə, Vladimir Putin bu plana çox “böyük maraq” göstərib. (TASS)