Poliz dələduzu yaxaladı
Xızıda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Rakus.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Məmmədov saxlanılıb.
Dindirmə zamanı S.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Xızı, Siyəzən və Şabran rayonları ərazilərində sürücüləri müxtəlif bəhanələrlə yolun hərəkət hissəsində saxlatdığı, imkansız, xəstə olması və müalicə üçün pula ehtiyacı olduğunu bildirərək onlardan aldatma yolu ilə pul aldığı məlum olub.
Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin, Xızı RPŞ-yə və ya şəhər telefonlarından (02331) 5-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.