Pompeo Azərbaycan xalqını təbrik etdi
ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Rakus.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən təbrikdə deyilir:
“İran xalqını və özündə yazın və Yeni ilin gəlişini əks etdirən bu qədim ənənəni qeyd edənlərə, həmçinin Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan xalqlarını və onların Birləşmiş Ştatlardakı icmalarını Novruz bayramı münasibətilə təbrik edir, xoşbəxtlik arzulayıram”.
Bldirilir ki, minilliklər boyunca Novruz bir çox insanların və cəmiyyətlərin mədəniyyəti və irsinin əsası hesab edilirdi:
“Novruz qohum və dostları bir araya gətirərək, onlara keçmişi düşünmək və gələcək haqqında xəyal etmək üçün bir əsas verir. Bu, sevdiyiniz insanlarla ünsiyyət zamanıdır, istər onlar yaxın olsun, istərsə də uzaq. Qoy bu Novruz hər kəsə yeni başlanğıclar və işıqlı gələcək bəxş etsin! Bayramınız mübarək!”