Putin dilemma qarşısında – 47 əleyhinə, 48 lehinə – TƏHLİL - FOTO
Rusiyada cümə günü açıqlanmış rəy sorğularının nəticələri göstərir ki, prezident Vladimir Putinin hakimiyyətinin 2036-cı ilə qədər uzadılmasına imkan verən konstitusiyaya edilmiş dəyişikliklərlə bağlı dərin fikir ayrılıqları mövcuddur.
Rakus.az xəbər verir ki, Levada Mərkəzinin Rusiyada martın 19-dan 25-nə qədər müxtəlif yaş qruplarına aid 1624 nəfər arasında keçirdiyi sorğunun nəticələri onların 6 faizinin bu suala cavab verə bilmədiyini göstərir. Lakin sorğu iştirakçılarının 47 faizi konstitusiyaya edilmiş dəyişiklərin əleyhinə, 48 faizi isə bunun lehinə olduğunu bildirib.
Rusiyanın siyasi landşftında ya prezident, ya da baş nazir rolunda iyirmi ildir hakimiyyətdə olan 67 yaşlı Vladimir Putinin reytinqi fevral ayında son altı ildə ilk dəfə olaraq ona etibar səviyyəsinin ən aşağı səviyyəyə düşməsinə baxmayaraq yüksək olaraq qalır.
Moskvada qərargahlanan Levada Mərkəzi sorğu iştirakçılarının 30 faizinin konstitusiya islahatlarının qəti əleyhinə olduğunu bildirib. Sorğuya əsasən, respondentlərin 17 faizi dəyişiklilərin əleyhdarı, 23 faizi qəti tərəfdarı olduğunu, 25 faizi isə onları dəstəklədiyini deyib.
Rusiya parlamenti və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmiş islahatlar paketinin bir hissəsi olan dəyişikliklər Putinin prezidentlik müddətinin sıfırlanaraq, onun iki dəfə altı il müddətinə prezident seçilməsinə imkan verir.
Rusiyanın bir çox şəhərlərdə ölkə üzrə səsverməyə çağıran plakatlar yerləşdirilib. Lakin aprelin 22-nə təyin olunmuş səsvermə koronavirusla bağlı böhranla əlaqədar olaraq təxirə salınıb və yeni tarix müəyyən edilməyib.