Dünya 20.11.2019 03:34

Putin sovet liderlərindən daha zəifdir – ekspert - FOTO

Hollandiya rəsmilərinin bildirdiyinə görə, aparılan təhqiqat nəticəsində Ukrayna separatistləri hələ 2014-cü ildə Malayziya təyyarəsinin vurulub salınmasından bir neçə həftə əvvəl Moskvanın dəstəyini əldə edirdi.

Rakus.az xəbər verir ki, bu məlumat Rusiya rəsmilərinin Donbas regionunda Rusiya tərəfdarı rəqib döyüşçülərin sıx əlaqəsinə dair mənzərəyə əlavə rəng qatmış olur.

Lakin Rusiya Prezidenti Vladimir Putinin sabiq müşavirləri və ekspertlərin fikrincə, dinlənilən telefon danışıqları Kremlin Donbasda rəqib qruplaşmalar, siyasi opponentlər və Rusiyanın təhlükəsizlik agentliklərinin qarışıq strategiyası və tantikalarına görə vahid komanda yaratmaq yolunda çətinliklərini üzə çıxarır.

Onlar bunun qanunauyğunluğunu önə çəkərək deyir ki, nə Kreml hamar işləyən maşın, nə də ki, Putin Qərbdə bəzilərinin iddia etdiyi kimi çar deyil. Güc və məram nümayiş etdirməyə çalışan Putinin səlahiyyətləri məhduddur. Kreml daxilində isə qərar vermək prosesi olduqca qarışıqdır.

Yüksək səlahiyyətli rəsmilər Putini razı salacaqlarını düşünərək, çox vaxt yarı-muxtar qərarlar verirlər.

Putinin sabiq siyasi məsləhətçisi Qleb Pavloski deyir ki, nəsə düz getməsə, o buna göstəriş vermədiyini deyəcək.

Onun sözlərinə görə, Qərbdə hər şeyin Putinin göstərişi ilə edildiyinə dair təsəvvür yanlışdır.

Putinin 2012-ci ildə üçüncü dəfə prezident yarışlarına qatılması səbəbi ilə onunla çalışmaqdan imtina edən Pavlovski deyib ki, Kremldə improvizasiya və ya bleflərə tez-tez rast gəlmək olar.

“Mənim 20 il əvvəl tərtib etdiyim “şaquli qüdrət” ideyası təbliğat mahiyyəti daşıyır. Bu ideya nə indi, nə də keçmişdə real olub”, – Pavloski əlavə edib.

Onun dediyinə görə, Kremldəki mexanizm olduqca qarışıqdır. Həm aşağı, həm də yuxarıdan məhdud dəstəyə malik olan dəyişkən fraksiyalar biri-biri ilə rəqabətdir.

“Putin qərar verə bilər, lakin o, qərarların yerinə yetiriləcəyinə təminat verə bilmir. Qərar vermək prosesi olduqca qeyri-rəsmidir”,- sabiq müşavir bildirib.

Dinlənilən danışıqlardan məlum olub ki, Moskva tərəfdarı separatistlər və Kreml rəsmiləri 298 insanın ölümü ilə nəticələnən Malayziya təyyarəsinin vurulmasından əvvəlki müzakirələri Moskvanın Donbasa nəzarət etmək istəyinə daha bir sübutdur.

Separatistlərin “öz adamımız” deyə adlandırdıqları rəsmilər arasında Putinin yardımçısı Vladislav Surkov, müdafiə naziri Sergey Şayqu və Federal Kəşfiyyat Bürosunun direktoru Aleksandr Bortnikov da olub.

Separatist liderlər öz aralarında rusiyalı məmurlarla gecə görmə qurğuları, hərbi sursat və digər yardımların çatdırılması barədə danışqıları müzakirə etdiyi də ortaya çıxıb.

Pavlovskinin sözlərinə görə, Donbas və Rusiya daxilində qərar verilməsi prosesi tabeçilik sırasından asılıdır. O, buna bariz nümunə kimi Moskva Şəhər Dumasına keçirilən seçkilərə etiraz aksiyalarını göstərib. O əvvəlcə buna sakit reaksiya verildiyini, daha sonra isə təhlükəsizlik xidmətinin aksiyaların dağıdılmasına cəlb edildiyini qeyd edib.

“Putin onlara əmr verməmişdi. Moskvalıları Rusiya qvardiyası döyür, həbs edirdi. İlk baxışda bütün bunların baş qərargahda planlaşdırıldığı düşünülür. Amma belə bir şey yoxdur!”,- Pavlosvski əlavə edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO