Putinin pasport təklifi rədd ediləcək – ZELENSKİ
“Rusiya Prezidenti Vladimir Putin ukraynalıların çoxunun onun Rusiya parportu təklifini qəbul edəcəyini düşünməsin”.
Rakus.az xəbər verir ki, bunu Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelensi bildirib. O, rusiyalılara Ukrayna vətəndaşlığı təklif edib.
Vladimir Putin şənbə günü Moskvanın Ukrayna vətəndaşlarına tezləşdirilmiş qaydada Rusiya pasportları verməyi nəzərdən keçirdiyini bildirib. Bu addımın 2014-cü ildən Rusiya tərəfdarı separatçılarla müharibənin getdiyi Ukraynada bəzi siyasətçilərini hiddətləndirəcəyi gözlənilir.
“Ukraynanın fərqi ondadır ki, bizim ölkədə söz azadlığı var, media və internet azadlığı var”, – Zelenski “Facebook” səhifəsində bildirib.
“Biz avtoritar və korrupsiyalaşmiş rejimlərdən əziyyət çəkən bütün insanlara Ukrayna vətəndaşlığı verəcəyik. Birinci yerdə isə bu gün ən çox əziyyət çəkən ruslara”, – Zelenski deyib.
Putin bəyanatını Ukraynanın şərqində separatçıların nəzarətində olan bölgələrin sakinləri üçün Rusiya pasportunun verilməsi prosedurunun asanlaşdırılması haqqında sərəcamı imzalamasından bir neçə gün sonra verib. Bu addım Kiyevin beynəlxalq ictimaiyyətdən Rusiyaya qarşı daha çox beynəlxalq sanksiyalar tələbi çağırışlarına səbəb olub. .
2015-ci ildə atəşkəsə dair razılığın imzalanmasına baxmayaraq, Ukrayna ordusu ilə Rusiyanın dəstəklədiyi separatçı qüvvələr arasında gedən beşillik müharibədə 13 min insan ölüb.
Rusiya lideri ukraynalıların müharibədən yorulmasına baxmayaraq, Zelenskinin 2015-ci ildə Minskdə imzalanmış sülh müqaviləsinin şərtlərini yerinə yetirməyəcəyini düşündüyünü deyərək, yeni prezidentin Ukraynanın şərqindəki münaqişə ilə bağlı mövqeyini də bilmək istədiyini bildirib.
Zelenski danışıqlara hazır olduğunu, lakin Rusiyanın Ukrayna və ukraynalılarla “təhdid, hərbi və iqtisadi təzyiq dilində” danışmaqdan çəkinməli olduğuna dair xəbərdarlıq edib.
“Biz öz tərəfimizdən Ukrayna ilə Rusiyanın birgə yanaşı yaşaması üçün yeni şərtlər haqda müzakirələrə hazırıq. Anlaşma və münasibətlərdə həqiqi normallaşma yalnlız həm Donbasın, həm də Krımın işğalına son qoyulmasından sonra ola bilər” – o bildirib.