Qaçırılan gəmi nəzarətə alındı
Qaçqınlar tərəfindən qaçırılan və içində türk kapitanlarının olduğu gəmi Malta ordusunun nəzarəti altında olduğu bildirildi. Tankerin Malta limanına aparıldığı deyilir.
Rakus.az xəbər verir ki, Türkiyədən dəmir alan bir karqo gəmisi, dünən boğulmaqdan qurtarılan qaçqınlar tərəfindən qaçırıldı. İtaliya baş naziri Matteo Salvini bu hadisəni, “Bir qurtarma əməliyyatı deyil, artıq bir quldurluq əməliyyatı” adlandırıb.
Liviyanın Trablus limanına doğru yol alan Elhiblu 1 adlı bir karqo gəmisi, dənizdə çarəsiz qalan 108 qaçqını qurtarmış və hədəfi olan Trablusa doğru yola çıxıb. Ancaq Afrikaya geri dönmək istəmədiyini söyləyən qaçqınlar, gəminin nəzarətini ələ keçirərək istiqaməti Malta adasına doğru çeviriblər. Gəmidə olan türk kapitan, 4-ü Hind və biri Liviyalı 6 nəfər gəmi işçisinin son durumu bilinmir.
Malta silahlı quvvələrinin məsul şəxsi, gəminin gəldiyi təqdirdə Malta limanına girməsinə izin verilməyəcəyin bildirib.