Qadağa siyahısında Qahtaninin adı da yer aldı
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanından jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədər 16 nəfərin adını açıqlayıb. Bu şəxslər və onların ailə üzvləri avtomatik olaraq ABŞ-a səyəhət imkanından məhrum edilir.
Rakus.az xəbər verir ki, Bu siyahıda Səudiyyə Ərəbistanının şahzadəsi Maher Mütrəbin yardımçısı Səud Əl-Qahtaninin də adı yer alır.
ABŞ-da yaşayan, Səudiyyə hökumətinin tənqidçisi olan jurnalist ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun cəsədi hələ də tapılmayıb.
Ər-Riyad vəliəhd şahzadə Məhəmməd Bin Salmanın bu qətldə əli olduğuna dair iddiaları rədd edib.
Prokurorlar jurnalistin onu krallığa qayıtmaqdan ötrü dilə tutmağa göndərilmiş agentlər tərəfindən qətlə yetirildiyini bildirir.