Dünya 14.01.2021 14:00

Qarabağda uzunmüddətli sülh üçün real şans yaranıb – RƏSMİ

Türkiyə Azərbaycanın Ermənistanın işğalından azad edilmiş torpaqları bərpa etmək üçün səylərini dəstəkləyəcək, həmçinin Dağlıq Qarabağda atəşkəsin monitorinqində iştirak edəcək.

Rakus.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Küresel Medya” nəşrinə müsahibəsi zamanı deyib.

Türkiyə XİN rəhbəri Ermənistanın demək olar ki, 30 il müddətində beynəlxalq hüquq normalarına nümayişkar şəkildə məhəl qoymadığını və Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini xatırladıb.

“Ermənistan tərəfinin təcavüzkar fəaliyyətlərinə və hücumlarına baxmayaraq, Azərbaycan işğal olunmuş torpaqları üzərində nəzarəti bərpa edə bildi. Bakı üçtərəfli bəyanatın imzalanması ilə başa çatan 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonu geri qaytardı. Yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmasına şərait yaradan atəşkəs rejimi təmin edildi”, – nazir bildirib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli birgə bəyanat əsasən Minsk prosesi çərçivəsində illərdir irəli sürülən ideya və prinsipləri əks etdirir.

“ATƏT-in Minsk Qrupu lazım olacağı halda yenidən öz rolunu oynaya bilər. Bunun üçün həmsədrlər ilk növbədə konstruktiv və konkret yanaşma tutmalı, əvvəllər göstərilən zəif vasitəçilik səviyyəsindən dərs çıxarmalıdılar”, –  M.Çavuşoğlu bildirib.

Türkiyəli nazir bu gün regionda uzunmüddətli sülh üçün real şansın meydana gəldiyini vurğulayıb.

“Türkiyə Rusiya ilə birlikdə Qarabağda atəşkəs rejiminə nəzarət üçün monitorinq mərkəzi yaradıb. Atəşkəs çox vacib bir komponentdir və saxlanılmalıdır. Biz Ermənistan tərəfindən razılaşmaların şərtlərinə əməl etməsini gözləyirik. İrəvan özbaşına yeni sərgüzəştlər axtarmamalı və Azərbaycanın bir vaxtlar işğal olunmuş bütün torpaqları üzərində Bakının suverenliyinin tanınması nəzərə alınmaqla, uzunmüddətli siyasi tənzimlənməni təmin etmək səylərini dəstəkləməlidir”, – nazir qeyd edib.

M.Çavuşoğlu vurğulayıb ki, əgər üçtərəfli bəyanat təsirli olarsa və Azərbaycanla Ermənistan arasındakı dialoq yoluna qoyularsa, bu, şübhəsiz ki, Ankara ilə İrəvan arasındakı münasibətlərə də müsbət təsir göstərəcəkdir.

“Bölgədəki sabitlik həmçinin erməni xalqının və Ermənistanın da maraqlarına cavab verir. Biz regionu bütün ölkələrin vahid əməkdaşlıq zonası kimi qəbul edirik. Buna görə də Azərbaycanın regionda altıtərəfli əməkdaşlıq platforması yaratmaq təşəbbüsünü dəstəkləyirik. Bu, sülhə müsbət təsir göstərəcək, regionun bütün sakinlərinin rifah halını yüksəldəcək”, – türkiyəli nazir əminliyini ifadə edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO