Dünya 23.09.2020 18:40

Qarabağda yerləşdirilən PKK terrorçuları – Azərbaycan-Türkiyə səbrinin sınağı – TƏHLİL

Türkiyə ilə Azərbaycanın bir millət ideyasını gerçəkləşdirməsi davam edir. Bunun heç kimə ziyanı yoxdur. Əksinə, bu birlikdən dünya daha çox faydalanır. Bunu çoxsaylı iqtisadi, enerji və nəqliyyat layihələri də sübut edib. Başqa sözlə, Almaniya ilə Avstriyanın əməkdaşlığı nədirsə, Azərbaycanla Türkiyənin münasibəti də odur. Ancaq “xain xoflu olar” deyirlər. Türk adından, Azərbaycan-Türkiyə birliyindən narahat olanlar əlüstü birləşirlər. Onlar bu iki dövləti zəiflətmək üçün bütün imkanlardan istifadə edirlər.

Deməli, türk düşməni PKK qruplaşması terrorçularının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlara yerləşdirilməsi barədə əvvəllər də xəbərlər yayılmışdı. İndi isə Ermənistanın baş naziri Nikol Paşinyan da özündən əvvəlkilər kimi ASALA ilə yanaşı, terrorçuların yardımından istifadə etmək istəyir.

“Əcnəbi terrorçu döyüşçü” ifadəsi var. Bu terrorçulara bəzən “muzdlu döyüşçülər” də deyilir. Onlar pul üçün dünyanın istənilən bölgəsində qan tökməyə hazır qatillərdir. Belələri üçün qarşılarındakıların uşaq, qoca, qadın, xəstə olmasının fərqi yoxdur. Onlar peşəkar qatildir. PKK-nı və onun liderinin Türkiyədə “uşaq qatili” adlanması da təsadüfi deyil. PKK indi daha çox pul qazanmaq üçün xarici dövlətlərə terrorçu ixracı ilə məşğul olur. Ermənistanla mövqeləri də üst-üstə düşür. Çünki erməniliyin əsas hədəfi Türkiyə və türk millətidir. PKK-nı daha çox bu ideya əsasında qurublar. ABŞ və Avropa İttifaqına daxil olan dövlətlər bu adda terrorçu qruplaşmanı “qara siyahıya” daxil edib. Onun qurucusu keçmiş SSRİ-dir. PKK təkcə Türkiyəyə qarşı deyil, həm də bu ölkədə qərb maraqlarına qarşı yaradılmışdı. Keçmiş sovetlərin varisi isə Rusiya Federasiyasıdır. Moskva isə PKK-nı terrorçu olaraq tanımır. Əksinə, onun Suriya və İraqdakı qolları sayılan “YPG-PYD” ilə də əməkdaşlıq edir.

Ermənistan Cənubi Qafqazda, eləcə də Qafqazda Rusiyanın ən etibarlı bölgəsidir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə Moskvanın diplomatik yanaşması, PKK terrorçularının Qarabağa yerləşdirilməsindən də Kremlin xəbərsiz olmadığını ehtimal etməyə əsas verir. Düzdür, Rusiya Xarici İşlər Nazirliyi Livandan gətirilən ermənilərin (daha doğrusu, ASALA terrorçularının) işğal altında olan Azərbaycan torpaqlarında yerləşdirilməsindən xəbərsiz olduğunu bəyan edib. Həmin qurum elə PKK-çıların da Qarabağa gətirilməsinə oxşar açıqlama verə bilər. Ancaq fakt faktlığında qalır.

Əslində, PKK-nın Ermənistanın xidmətinə 15 min terrorçu təklif etdiyi bildirilir. Bu rəqəmi Türkiyə KİV-i İraqdan, bu  terrorçuların əsas bazasından əldə edib. Məlumata görə, PKK ilə Ermənistan arasında 2020-ci ilin iyunundan bu istiqamətdə danışıqlar gedir. Ermənistan Türkiyəni və Azərbaycanı özünə düşmən sayır. PKK Türkiyə və türk düşmənidir. Türkiyə ilə Azərbaycan isə birdir, bir mövqedən çıxış edir. Ermənistan terrorçuları Qarabağa yerləşdirməklə, Azərbaycanla sərhəddə təxribatlar törətməklə diqqəti əsas hədəfdən yayındırmağa çalışır. Belə görünür ki, ermənilərin və havadarlarının hədəfi Türkiyənin də səbrini daşırmaqdır. Onlar dövlət sərhədində törətdikləri təxribatın böyüməsinə, hətta Türkiyə-Ermənistan sərhədinədək gedib çıxmasına səy göstərirlər. Son günlər Türkiyə PUA-larının Ermənistanla sərhədboyu kəşfiyyat uçuşlarını artırması da təsadüfi deyil. Ehtimal etmək olar ki, bununla Ermənistanın həmin istiqamətdə fəaliyyəti izlənilir. Bu həm də ermənilərin törədəcəyi mümkün olan qarşısının alınması məqsədini daşıya bilər. PKK həm də Türkiyənin Ermənistanla sərhədyanı bölgələrində də fəaliyyət göstərir. Türk ordusunun həmin ərazidə antiterror əməliyyatları keçirməsi, terrorçuların həmin isitqamətdən Ermənistana keçməsi faktları da bunu təsdiqləyir. Belə qənaətə gəlmək olar ki, Ermənistan PKK terrorçularını Qarabağa yerləşdirməklə oradakı separatçı rejimi qorumağa cəhd edir. Çünki havadarları və Ermənistanın bu ərazidə hərbi qüvvə saxlamaq imkanı məhdudlaşır. Ermənistan vətəndaşları Azərbaycan torpaqlarında ölmək istəmirlər. Qarabağı isə işğal altında saxlamaq üçün yeni qüvvəyə ehtiyac var. Bu da pula görə döyüşən terrorçu PKK kimi qruplaşma ola bilər.  Bir müddət əvvəl erməni icmasının başçısı Araik Arutyunyanın könüllülərə çağırışı da bunu təsdiqləyir. Görünür, bir müddət sonra ermənilər Livandan gətirilən erməni terrorçularını (məsələn, ASALA-çılar) və PKK-çıları “könüllü erməni döyüşçüsü” kimi təqdim edəcəklər.

Bu arada Ermənistan hakimiyyəti həm də daxili problemləri müharibə etmək, yaxud onun ovqatını yaratmaqla diqqəti özündən uzaqlaşdırmağa çalışır. Azərbaycanla dövlət sərhədindəki təxribatları buna nümunə göstərə bilərik. Elə Qarabağdakı separatçılar da erməni icmasını müharibə ilə hədələyir, etirazlarını bu yolla yatırmağa cəhd göstərirlər. Bu il sentyabrın 3-də Arutyunyan danışıqlara deyil, müharibəyə hazırlaşmaq çağırışını edib. O, “ordunun gücləndirilməsindən” danışıb: “Gəlin gerçəkçi olaq, danışıqlar mövzusunu müzakirə etməyək, müharibəyə hazırlaşaq”. Yerevanın Livana yardım kampaniyası çərçivəsində 500 nəfərlik qrupu Ermənistana və Qarabağa gətirdiyi bildirilir. Separatçı rejimin başçısını müharibədən danışdıran da Livandan gətirilən muzdlular və PKK-çıların işğalçılara yardım etməsidir. Yeri gəlmişkən, PKK Liviyada Rusiyanın və Misirdəki hərbi hakimiyyətin müdafiə etdiyi feldmarşal Halife Hafterə də yardım edir.

Son günlər Aralıq dənizinin şərqində Türkiyənin kəşfiyyat-qazma işlərini aparması məsələsində də dostlar və düşmənlər göründü. Azərbaycan birmənalı şəkildə Türkiyənin bu istiqamətdə gördüyü işi qanuni adlandıraraq müdafiə etdiyini açıqladı. Misir, Yunanıstan və Kiprin yunan hissəsi isə məsələyə qarşı birgə fəaliyyətə başladı. Onlara Ermənistan da qoşuldu. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatskanyanın Misirə səfəri də bunu təsdiqləyir. O, misirli həmkarı Sameh Şükrü ilə görüşdə Yaxın Şərq, Afrikanın şimalı, Aralıq dənizinin şərqi və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. 2020-ci il fevarlın 28-də Afinada Yunanıstan, yunan Kipri və Ermənistanın müdafiə nazirləri arasında üçtərəfli fəaliyyət planı imzalandı. Həmin plan həm də işğalçının güclənməsinə yardım sayılır. Heç bir terrorçu təşkilat və ya qruplaşmalar spontan yaranmır. Onlar özbaşına deyillər. Bu üçlüyün, dördlüyün arxasında böyük güclərin dayandığı da sirr deyil. Misirdəki indiki prezidenti general Sisini hakimiyyətə ABŞ gətirib, Liviyadakı Hafteri Rusiya və Misir dəstəkləyir, Yunanıstan və yunan Kiprini Avropa İttifaqı himayə edir. Deməli, bu dördlüyün patronları bəllidir. Həmin güclər PKK-nın başqa adla öz ölkələrində fəaliyyət göstərməsinə də icazə verirlər.

ABŞ, Rusiya və Avropa İttifaqının üzvü Fransa Azəbaycanın işğaldan azad edilməsinə dair danışıqlara vasitəçilik missiyasını üzərlərinə götürüblər. Ancaq nə Livandan Qarabağa gətirilənlər, nə də PKK terrorçularının işğal altında olan torpaqlarda yerləşdirilməsinə hələ də münasibət bildirməyiblər. PKK və dördlük Türkiyəyə qarşı birgə mübarizə aparır. Onların Ermənistanı müdafiə etməsi, terrorçuların Qarabağa yerləşdirilməsi isə həmin qüvvələrin həm də Azərbaycana qarşı olmasıdır. Bu kimi qüvvələrin açıq və diplomatik şəkildə, terrorçularla birgə Azərbaycan və Türkiyəyə qarşı mübarizələri açıq-aşkar görünür.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bu məsələlərə işarə edərək bildirib: “İyulda Azərbaycan ərazisinə hücum edən Ermənistan Cənubi Qafqazda daimi sülh və sabitliyin qarşısındakı əngəl olduğunu bir daha sübut edib. Dağlıq Qarabağ problemi başda olmaqla bölgədəki münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi ilə BMT və ATƏT-in qərarları çərçivəsində tez bir zamanda həll edilməsinin tərəfdarıyıq”. Türkiyə rəsmiləri dəfələrlə Ermənistana bu istiqamətdə xəbərdarlıq ediblər. Ona görə də təbii olaraq belə bir sual yaranır: “Türkiyə Suriya və İraqda olduğu kimi Azərbaycan dəvət edərsə Ermənistan ərazisində Qarabağda PKK-ya qarşı antiterror əməliyyatı keçirə bilərmi?” Təəssüf ki, indiki şərtlər daxilində bu addımı ata bilməz. Ermənistan adlı ölkəni yaradanlar, terrorçu PKK kimi qruplaşmaları quranlar, Yunanıstana və yunan Kiprinə patronluq edənlər, Misirdə Məhəmməd Mursi hakimiyyətinin hərbi yolla devrilməsini təşkil edənlər buna imkan verməzlər. Ola bilər ki, Türkiyənin Ermənistana hücum etməsi, yaxud Qarabağda antiterror əməliyyatı keçirməsi bu qüvvələrin ürəklərindən olsun. Çünki bu təxribatın ardınca onlar Türkiyəyə qarşı genişmiqyaslı aksiya keçirə bilərlər. Bu halda düşməni izləmək, onu uyğun zamanda yaxalayıb məhv etmək daha doğru sayılır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə mane olanlar da PKK-nın, Livan ermənilərinin Qarabağa gətirilməsinə göz yumanlardır. PKK-nın Azərbaycanın işğal altında olan torpaqlara yerləşdirilməsi terrorçu təşkilatların böyük güclərin əlində oyuncaq olduğunu da təsdiqləyir. Odur ki, Qarabağın işğalına şərait yaradanlar, işğalçının başını sığallayanlar Azərbaycan torpaqlarında indi də PKK-nı oynadırlar.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO