“Qazprom”un qarmağı – İrəvan yeni fəlakət astanasında – TƏHLİL - FOTO
Ermənistan baş naziri özünə yeni düşmənlər tapıb.
Rakus.az xəbər verir ki, Rusiyanın “Qazprom” şirkətinin qazın qiymətini qaldırmaq niyyəti Ermənistanda böyük fəlakətə səbəb ola bilər.
Bu ehtimalla Ermənistanda tanınmış analitik Naira Ayrumyan çıxışh edib.
“Lragir” analitika portalında yazdığı məqaləsində Ayrumyan 2015-ci ilin yayında İrəvanda elektrik enercisinin bahalaşması üzündən baş vermiş kütləvi iğtişaşları xatırladıb. O, bütün probğlemləri 2013-cü ildə Rusiyanın təzyiqi ilə bağlanmış fəlakətli qaz sazişi ilə əlaqələndirib. Sazişə görə, 49 il “Qazprom” Ermənistanın qaz bazarında inhisarçı durumda olacaq.
Bu sazişin Rusiyanın birbaşa nökəri olan Qarabağ klanı tərəfindən bağlandığını vurğulayan Ayrumyan Paşinyanın da əvvəlki hakimiyyətdən ciddi fərqlənmədiyini vurğulayıb: “2018-ci ildən Ermənistanda yeni hakimiyyətdir, İşləri artıq Putin idarə etmir, amma hələ də İrəvan Rusiyanın dövlət şirkətləri ilə bağlanmış fəlakətli müqavilələrdən imtina etmək istəmir”.
Xatırladaq ki, qarabağlı olmasına baxmayaraq həmişə qərb yönümlü mövqe tutmuş Naira Ayrumyan artıq ikinci dəfədir ki, düşərgə yoldaşı Paşinyanı tənqid edir. Bir dəfə də onu Madrid prinsipləri çərçivəsində danışıqlar prosesindən imtna etməsinə görə elə bu cür üstörtülü tənqid etmişdi və üstörtülü şəkildə Ermənistanı blokadan çıxarmaq üçün ilk addım kimi Qarabağ ətrafı rayonlardan erməni qoşununun çıxarılmasını vacib saymışdı. Yəni düşərgə yoldaşları keçmişdə bunu qaçılmaz sayan Paşinyanın Rusiyadan qorxaraq nala-mıxa vurmasını anlamırlar..
Paşinyan isə onların tənqidini qəbul etmək istəmir. “Newsarmenia.am” portalının yazdığına görə, Ermənistan baş naziri onu tənqid edən jurnalistlərə qarşı düşmən kimi çıxış edib. O, bu jurnalistlərin, xüsusilə də iki telekanalın korrupsionerlər tərəfindən maliyyələşdiyini iddia edib.