Müsahibə 21.07.2025 23:50

“Qərbi Azərbaycanda nəşr olunan ilk mətbu orqan “Lək-lək” jurnalıdır” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Nazim Mustafa olub.

O, Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il 22 iyul tarixində ilk nömrəsi işıq üzü görən, Azərbaycan Milli Mətbuatının əsasını qoyan “Əkinçi” qəzetinin fəaliyyətindən bəhs edib. Bildirib ki, görkəmli maarifpərvər ziyalıların cəmləşdiyi “Əkinçi” qəzetinin nəşri 150 il bundan öncə bütün Qafqazda geniş əks-səda doğurub. Onun sözlərinə görə, həm “Əkinçi” ilə, həm də ondan sonra işıq üzü görən “Molla Nəsrəddin” satirik jurnalı, “Kaspi” qəzeti və digər mətbu orqanlarla tarixi Azərbaycan ərazisinin hər bir yerindən ziyalılar əməkdaşlıq ediblər. Bu mənada İrəvanda yaşayıb-yaradan qələm sahibləri də müxtəlif imzalarla bu mətbu orqanlarda məqalələr dərc etdiriblər. Həmin yazılarda Qərbi Azərbaycan ərazisində baş verən hadisələr, o cümlədən ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələr, insanların qarşılaşdığı problemlər öz əksini tapıb. Xüsusən “Molla Nəsrəddin” jurnalının İrəvandakı ədəbi mühitə böyük təsiri olub. Bu satirik jurnal Qərbi Azərbaycanda da mollanəsrəddinçilər nəslinin yetişməsinə təsir edib. Lakin ötən əsrin əvvəlində ermənilərin törətdiyi qırğınlar Qərbi Azərbaycanda ziyalı təbəqəsinə böyük zərbə vurub.

Tarixçi-alim N.Mustafa vurğulayıb ki, Qərbi Azərbaycanda nəşr olunan ilk mətbu orqan “Lək-lək” jurnalıdır. 1914-cü ildə İrəvanda Cabbar Əsgərzadənin redaktorluğu ilə işıq üzü görən bu satirik jurnal fəaliyyət göstərdiyi beş ay ərzində cəmi 12 nömrəsi ilə oxucuların görüşünə gəlib. Qərbi Azərbaycanda nəşr olunan ikinci mətbu orqan isə “Bürhani-həqiqət” jurnalı olub. 1917-ci ildə Əli Məhzunun redaktorluğu ilə İrəvanda işıq üzü görən bu jurnal isə cəmi 9 nömrəsi ilə oxucuları sevindirə bilib. Sonradan 1917-ci ildə “Cavanlar şurası”, bolşeviklərin təsisçiliyi ilə 1918-ci ildə “Kommunist” qəzetləri qısa müddətdə çap olunub. O dövrdə belə mətbu orqanların nəşrində sovet Ermənistanının ilk ədliyyə naziri, türk zabiti Süleyman Nurinin də özünəməxsus rolu olub. Bunun ardınca müxtəlif illərdə “Rəncbər”, “Zəngi”, “Qızıl şəfəq”, “Sovet Ermənistanı” və sair qəzetlər işıq üzü görüb.

N.Mustafa qeyd edib ki, Fatma Əfəndiyeva Qərbi Azərbaycanda nəşr olunan “Zəngi” qəzetinin ilk qadın müxbiri olub. Onun sözlərinə görə, azərbaycanlı jurnalistlər sovet Ermənistanında müxtəlif təzyiqlərlə üzləşiblər. Hətta ermənilər “Qızıl şəfəq” qəzetinin redaktorunu güllələyiblər. Bütün bu çətinliklərə baxmayaraq, Qərbi Azərbaycandakı yazarlar mövhumat və cəhalətə qarşı ciddi mübarizə aparıblar. Paralel olaraq maarifçiliyin təbliği onlar qarşısında duran əsas vəzifə olub. Tarixçi-alim deyib ki, azərbaycanlıların mədəniyyət mərkəzinə çevrilən “Sovet Ermənistanı” qəzetində tarixi torpaqlarımızda cərəyan edən ictimai-siyasi proseslər geniş əksini tapıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyulun 21-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Müsahibə / 21.07.2025 23:50
“Qərbi Azərbaycanda nəşr olunan ilk mətbu orqan “Lək-lək” jurnalıdır” - VİDEO
Təhlil / 21.07.2025 17:14
İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi – ŞƏRH
Elm və təhsil, Mədəni / 19.07.2025 23:20
“Türklərin milli kimliyi onun folklorundadır” - VİDEO
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS