Dünya 28.12.2023 20:18

Paşinyan “Qərbi Azərbaycanın qubernatoru” olacaq - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər azərbaycanlıların geri qayıdacağı reallığını qəbul edir” adlı süjetdə Qərbi Azərbaycan İcmasının öz tarixi yurdlarına qayıtmaq istəyi və rəsmi Bakının bunu strateji plan olaraq dəstəkləməsinin Ermənistanda gündəmin əsas mövzusu olduğu vurğulanır.

Bildirilir ki, Ermənistan mediasında apardığımız müşahidələrə görə, ermənilər Qərbi Azərbaycan reallığını tədricən qəbul etməyə başlayıb, qəbul etmək istəməyənlər belə perspektivdə bunun reallaşacağını anlayırlar. Ermənistanın ictimai-siyasi sferasındakı müzakirələrdə Qərbi Azərbaycan məsələsinə müxtəlif yanaşmaların olduğu görünür. Rəsmi İrəvan beynəlxalq hüquqa zidd şəkildə tarixi yurdlarından deportasiya edilən azərbaycanlıların evlərinə qayıdışı istəyini “Azərbaycanın Ermənistana ərazi iddiası” kimi təqdim edir.”.

Qeyd olunur ki, Ermənistan hakimiyyəti maksimum şəkildə Qərbi Azərbaycan məsələsini gündəmdən çıxarmağa çalışır: “Qərbi Azərbaycan məsələsi artıq Ermənistanın daxili siyasi seqmentinə yön verir, iqtidar-müxalifət qovğaları da məhz azərbaycanlıların tarixi yurdlarına qayıdışı üzərində baş verir”.

Süjetdə erməni politoloqlar Qaqik Hambaryan, Qarik Keryan və Sergey Melkonyanın fikirlərindən sitatlar gətirilir: “Rəsmi Bakı azərbaycanlı qaçqınların Ermənistana qaytarılmasında israrlıdır. Azərbaycanlıların ən azı müəyyən bir qisminin Ermənistana qayıtması təmin edilə bilər. Azərbaycanlılar sərhəd bölgələrinə – Qafana, Zəngəzurun, Basarkeçərin bir hissəsinə köçərsə, sonradan bu ərazilərin Ermənistandan ayrılmasına və Azərbaycana birləşməsinə zəmin yarana bilər. Ermənistanda əsas qorxulardan biri də azərbaycanlıların öz evlərinə qayıdışının 2024-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra aktuallaşacağıdır. Bu seçkilər regionda gələcək konfiqurasiyanın formalaşdırılmasında mühüm mərhələ olacaq. Bu mərhələdə Ermənistan istənilən ssenariyə hazır olmalıdır. Bu ssenarilər Ermənistanla sülh müqaviləsinin imzalanması və “Qərbi Azərbaycan” ideyasının həyata keçirilməsi ola bilər. Bakının məntiqi belədir: onlar öz bayraqlarını Xankəndi və Şuşada qaldırıblar, növbəti məqsəd azərbaycanlıların İrəvana, Gorusa, Göyçəyə və s. qayıtması olmalıdır”.

Sonda bildirilir ki, Qərbi Azərbaycan mövusu Ermənistanın əsas müzakirə mövzusuna çevrilib və onların bundan müxtəlif məqsədlər üçün istifadə etməsinə baxmayaraq, azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsi artıq erməni ictimai rəyində legitimləşir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında dekabrın 28-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Dünya, Siyasi / 28.12.2023 20:18
Paşinyan “Qərbi Azərbaycanın qubernatoru” olacaq - FOTO - VİDEO
Siyasi / 28.12.2023 13:15
Zəngəzur Ermənistandan ayrılacaq? – ANONS - VİDEO
Sosial / 28.12.2023 11:37
Ulu Göyçənin Bala Məzrəsi – QISA TARİX
Dünya, Təhlil / 28.12.2023 09:36
Dünya keçmiş sovetin mirası olan PKK-nı niyə yaşadır? – TƏHLİL
Gündəm, Siyasi / 27.12.2023 19:55
Anadoludan köçürülən ermənilər Çəmbərəyə necə yerləşdirilib? - FOTO - VİDEO
Maraqlı, Siyasi / 27.12.2023 13:27
Çəmbərəyin Azərbaycandan qoparılma müəmması – ANONS - VİDEO
Dünya, Təhlil / 27.12.2023 10:32
Qərbin Serbiyada “rəngli inqilab” ssenarisi – TƏHLİL
Siyasi / 26.12.2023 21:07
“Basarkeçərdə erməni vandalizmi” - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 26.12.2023 19:19
“Ermənilər ictimai şüurunu dəyişməyincə onlar üçün yaxşı heç nə olmayacaq” – MÜSAHİBƏ - VİDEO
Elm və təhsil, Maraqlı / 26.12.2023 14:01
Antropoloq Yeviya Hovanesyanın etirafı – ANONS
Müsahibə, Video müsahibə / 26.12.2023 12:29
“Sayat Nova Azərbaycan dilində daha çox şeir yazıb” – ANONS - VİDEO
Mədəni / 26.12.2023 12:01
Növrəs İman möcüzəsi – 120 illik yubiley mənzərəsi - FOTO
Müsahibə, Video müsahibə / 25.12.2023 21:16
“Erməni qonşumuz Heydər Əliyevin şəklini evimizdən oğurlamışdı”- MÜSAHİBƏ
Elm və təhsil, Mədəni / 25.12.2023 17:23
“Nakam Aşiq” kitabı çapdan çıxıb
Sosial / 25.12.2023 16:59
Əmirxeyir kənd icmasının təsis iclası olub - FOTO
Siyasi, Sosial / 24.12.2023 16:05
Qayabaşı kənd icmasının ilk iclası keçirilib
Hadisə, Mətbuat / 23.12.2023 21:04
Zəngəzurda azərbaycanlıların ən geniş məskunlaşdığı Qafan rayonu - FOTO - VİDEO
Elm və təhsil, İdman / 23.12.2023 10:00
Möhtəşəm bir gün – Xalqın Xankəndi sevgisi
Elm və təhsil, Gündəm, Video müsahibə / 22.12.2023 21:30
“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” - FOTO - VİDEO
Dünya, Təhlil / 22.12.2023 16:37
İrəvan-Tehran dostluğu – Acın canı yalançının əlindədir – TƏHLİL
Maraqlı, Sosial / 22.12.2023 13:02
“Ermənilər dedilər ki, çıxıb getməlisiniz” – Ceyran Ənsərin “Həyat Hekayəsi – ANONS - VİDEO
Siyasi / 21.12.2023 21:19
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - FOTO - VİDEO
Təhlil / 21.12.2023 16:41
“exitMDB”yə ismarış – KTMT-dən uzaqlaşan Ermənistan“ – TƏHLİL
Dünya, Siyasi, Təhlil / 21.12.2023 13:36
Paşinyanın xəritə oyunu – Qərbi Azərbaycan Xronikası – ANONS - FOTO - VİDEO
Maraqlı, Siyasi / 20.12.2023 20:55
Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO
Siyasi / 20.12.2023 13:14
Əli Hüseynli: “Seçkiləri boykot etmək siyasi mədəniyyətsizlikdir”