Qırmızı dəniz sahillərində turizm dayandırıldı
COVID-19 virusunun yayılması təhlükəsinin qarşısını almaq məqsədilə turistlərin sevimli istirahət məkanı olan Şarm əl-Şeyx də daxil olmaqla Qırmızı dəniz sahillərində turizm fəaliyyəti dayandırılıb.
Rakus.az xəbər verir ki, bölgənin qubernatoru bununla əlaqədar müvafiq sərəncam imzalayıb.
Sərəncamda otellərin 14 gün müddətinə bağlanıldığı, sonuncu əcnəbi turistlərin də yola salındığı qeyd olunur. Bundan başqa, turizm sənayesində çalışanlar da 14 gün müddətinə karantinə göndərilir. Onların müayinəsi həmin otellərdə aparılacaq. İstirahət məkanlarında dezinfeksiya işləri aparılacaq.
Misir hökuməti martın 16-dan 31-dək aeroportların da fəaliyyətini dayandırıb. Uçuşlar qadağan edilib və əcnəbi turistləri yola salınması üçün alternativ nəqliyyat vasitələri nəzərdən keçirilir.