Səhiyyə 27.03.2019 18:22

Qızın qarnından kişi orqanları çıxarıldı

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssisləri maraqlı və mürəkkəb bir əməliyyat həyata keçirilib.

Rakus.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, 14 yaşlı qız tam formalı “testikulyar feminizasiya” diaqnozu ilə klinikaya müraciət edib. Yəni xaricdən qadın olan bu pasiyentin daxili orqanları kişi cinsinə aid olub.

Klinikanın baş həkimi Ramiz Poluxov bildirir ki, uşaq 2 yaşında ikən ikitərəfli yırtıq əməliyyatı keçirib. Uşaqda ilk narahatlıq 3 yaşında süd vəzilərinin böyüməsi ilə başlayıb:

“Ultrasəs müayinəsi zamanı bəlli olub ki, körpənin bətnində yumurtalıq və uşaqlıq yoxdur. Müayinə nəticəsində ona “testikulyar feminizasiya” diaqnozu qoyulub. 2018-ci ildə isə xəstənin çanaq boşluğunun maqnit rezonans tomoqrafiyası zamanı intraabdominal (qarın boşluğunda) maliqn transformasiyalı xayaların olduğu müəyyən edilib”.

Xəstə müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasına göndərilib. Cərrah R.Poluxovun sözlərinə görə, müayinə zamanı xəstənin fenotip olduğu təsdiqlənib. Yəni xarici görünüşünə görə tam qız olan bu pasiyentdə inkişaf etmiş süd vəziləri və xarici cinsiyyət üzvləri olub. Lakin daxildə uşaqlıq və yumurtalığı yoxdur, yalnız 3-4 sm-lik infantil uşaqlıq yolu olduğu müəyyənləşib, genotip olaraq xəstə 46XY geninə aid tam oğlandır.

Bu xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb. Onun qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb. Xaric olunmuş xayalar histoloji müayinəyə göndərilib və in situ qonadoblastoma aşkar edilib.

Həkim qeyd edir ki, belə xəstələrə vaxtında və düzgün yanaşılmalıdır:

“Bəzən belə xəstələri “tüksüz qız” da adlandırırlar. Çünki onlarda ikincili cinsi əlamətlər – yəni, qasıq və qoltuqaltı tüklənmə ya olmur, ya da tüklər həddən artıq zərif olur. Əgər qız uşaqlarında ikitərəfli qasıq yırtığı qeyd olunursa, mütləq əməliyyatdan öncə abdominal ultrasəs müayinəsi aparılmalıdır ki, qeyd olunan patologiyaların olub-olmadığı müəyyən edilsin”. (Trend)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO