Dünya 05.04.2023 13:06

Qorxuya düşən ABŞ Trampın cibindən pornoaktrisanın çılpaq fotosunu çıxarır – TƏHLİL - FOTO

ABŞ çoxunun “yaşıl kart” qazanıb yaşamaq istədiyi ölkədir. ABŞ fövqəldövlət sayılır. Milli valyutası dünya ticarətinin əsas tədavül vasitəsi, ödəniş puludur.

Çoxu bu ölkəni həm də ədalətli hakim olaraq görür. Böyük və güclü, yenilməz, hər şeyə qadir qüvvə dövlət sayırlar. Ancaq ilin-günün, dünyanın bu qarışıq vaxtı ölkədə baş verənlər gözləntilərə, ümidlərə zərbə vurur. Ancaq 45-ci Prezident Donald Trampla bağlı hadisələr ABŞ-ın demokratiyasına, ədalətinə zərbə vurur. Milyarder siyasətçinin seçkiqabağı kampaniyası qalmaqallı keçdi. Onun seçki qərargahının Rusiya ilə əlaqələri üzə çıxdı. Seçkinin nəticələri ABŞ-da demokratiyanın problemlərini aşkarladı. Səsvermənin nəticələrinin ümumölkə üzrə olmamasının ziyanı sonrakı hadisələrdə təsdiqləndi.

Yeri gəlmişkən, ABŞ-da seçkinin nəticələrini seçici deyil, 538 üzvü olan Seçicilər Kollegiyası həll edir. Onlar mənsub olduqları partiyanın qurultayında seçilirlər.

Kollegiyaya adətən senatorlar, konqresmenlər, tanınmış siyasi fiqurlar təmsil olunurlar. Başqa sözlə, Prezidenti və vitse-prezidenti onlar müəyyənləşdirir.

Prezident olduğu dövrdə komandasının üzvlərinin tez-tez istefa verməsi də ABŞ tarixində nadir hal sayılırdı. Elə 2017-2018-ci illər ərzində dövlət katibi vəzifəsinə 4 yeni təyinatı buna nümunə göstərmək olar.

Cozef Bayden prezident seçkisində qalib elan olunduqdan sonra Trampın tərəfdarlarının Ağ evə hücumu ABŞ-ı banan dövlətinə oxşatdı.

Ona qarşı 33 maddəlik ittiham irəli sürülüb. Bu da ABŞ məhkəmə sisteminin və hüquq mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir. Çünki 76 yaşlı milyarder siyasətçi doğulandan ABŞ vətəndaşıdır. Bir hadisə zamanı çoxlu sayda ittiham hüquq-mühafizə orqanlarının vaxtı ilə Trampla bağlı bir sıra məsələlərə göz yumduğunun göstəricisi də sayıla bilər. Həmin ittihamlara əsasən, Donald Tramp 136 il azadlıqdan məhrum edilə bilər. Yəni, cəzasının yüngülləşdirilməsi, əfvi o dünyadakı ədalətin ümidinə qalacaq.

Bu iddialar ABŞ-da hüquq normalarının tapdanmasının, hətta, bu sahədə neqativ hadisələrin baş verdiyinin istisna olmadığını göstərir.

Donald Tramp seçkiqabağı kampaniya zamanı maliyyə pozuntusuna görə də ittiham olunur. Maraqlıdır, bu məsələ niyə 7 ildən sonra açıqlanır? Dünyanın dörd tərəfində çirkli pulların yuyulmasını müəyyənləşdirə bilən, müxtəlif ölkələrdə prezident seçkilərinə qiymət verən, orada keçirilən siyasi kampaniyaya xərclənən maliyyə vəsaitindən xəbəri olan ABŞ-ın öz daxilində baş verdiyi iddia olunan fırıldağı 7 ildən sonra aşkarlaması da müəmmadır. Ya da uyğun qurum da qanun pozuntusunda əlbir olub. Hər halda bu, ABŞ-ın hüquq-mühafizə, Federal Təhqiqat Bürosu, Daxili İşlər Nazirliyi və başqa qurumlar tərəfindən araşdırılası məsələdir.

Donald Tramp iddia edir ki, şou-bizneslə məşğul olarkən, heç bir qadını icazəsi olmadan öpməyib. Halbuki indi o, pornoaktrisa Stormi Denielsə (əsl adı Stefani Kliffordsdır) aralarındakı keçmiş aşiq-məşuqluqla bağlı susmasına görə 130 min dollar verməkdə də ittiham olunur. İddia olunur ki, o, bu məbləği seçkiqabağı fondun hesabına ödəyib. Odur ki, 33 maddədən biri də seksual qısnama ilə bağlıdır. Tramp qadınlara qarşı seksual qısnamada da ittiham olunur.

Bu yerdə Billi Klintonla Monika Levinski olayını da xatırlatmağın yeri var…

Deməli, ABŞ-ın 45-ci Prezidenti ölkə vətəndaşlarına, seçicilərinə yalan deyib, onları aldadıb.

ABŞ siyasi həyatı üçün ən pis hal isə 33 maddəlik ittiham, yaxud cinayət işinin açılması şəraitidir. Donald Tramp növbəti prezident seçkisində namizədliyini irəli sürəcəyini açıqlayandan sonra Ştatların hüquq-mühafizə orqanları onun saxlanılması barədə qərar qəbul etdilər və s… 45-ci Prezident bütün ittihamları rədd edib.

Trampın başına gələnlər bütün dünyada polisin cinayətdə şübhəli bilib saxladığı şəxsin cibindən yad cisimlər çıxarmasına oxşayır. Yəni ABŞ, o günə qalıb ki, Donald Trampın seçkidə iştirakından qorxaraq onun cibindən Stormi Denielsin çılpaq fotosunu çıxarır.
Yoxsa, ABŞ-da demokratiya böhran keçirir…

Sədrəddin Soltan – REPORT

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO