Dünya 16.04.2020 23:39

Tramp və qubernatorlar – səlahiyyət uğrunda dava – TƏHLİL - FOTO - VİDEO

ABŞ iqtisadiyyatı nə vaxt yenidən fəaliyyətə başlayacaq?

Rakus.az xəbər verir ki, COVID-19 xəstəliyinin Amerikanın bir çox yerlərində yayıldığı vaxt siyasətçilər, iqtisadçılar və həkimlər gələcək həftələrdə insanların evlərindən çıxaraq, işə və məktəbə qayıda bilməsinin nə dərəcədə təhlükəsiz olub-olmadığı məsələsini müzakirə edir. Lakin Amerika iqtisadiyyatının yenidən fəaliyyətini nə zaman bərpa edə biləcəyi müəyyən edilməzdən öncə siyasi liderlər bu qərarın verilməsi üçün kimin səlahiyyəti olduğu ətrafında debat aparır.

1935-ci ildə çəkilmiş “Baunti gəmisində qiyam” filmi gəmi ekipajının kapitanın idarəsinə etiraz olaraq qiyam qaldırdığı haqdadır.

Prezident Donald Tramp yazdığı tvitdə filmin onun ən çox sevdiyi filmlərdən biri olduğunu bildirib və “qiyamçıların kapitandan ehtiyacı olduğu” səhnəsini xüsusi qeyd edib.

Trampın bununla Demokrat qubernatorları nəzərdə tutduğu güman edilir.

Onlar ştatlarında fəaliyyətlərin nə zaman bərpa olunması qərarını kollektiv şəkildə vermək üçün birləşib.

Nyu York qubernatoru Endrü Kuomo.

“Prezident çox açıq şəkildə bu məsələdə mübarizə aparmaq istəyir. Bütün bu işdə bizim gördüyümüz ən pis iş siyasi bölünmə olardı.”

Nyu-York qubernatoru Endrü Kuomo və digər qubernatorlar öz ştatlarında karantin rejiminin tədricən yüngülləşdirilməsi strategiyasını hazırlamaq üçün birgə işləyir.

Prezident Tramp bu qərarın verilməsinin bütünlüklə onların səlahiyyətində olmadığını deyir. Tramp Amerikanın Səsinin sualına cavab olaraq, bu məsələdə tam səlahiyyəti olduğunu bildirib.

“Mən bunu sizə sadə şəkildə bildirirəm. Birləşmiş Ştatlar prezidentinin prezident kimi səlahiyyətlərində olduğu işləri görmək səlahiyyətinə malikdir, bu da çox güclü səlahiyyətdir. Qərarı Birləşmiş Ştatlar prezidenti verir.”

Trampın bəyanatı ölkədə fövqəladə vəziyyətdə federal hakimiyyət qarşısında ştat məsələsini gündəmə gətirdi.

Amerika Sahibkarlar İnstitunun təhlilçisi Adam Uayt: “Prezident Trampın söylədiyi yanlışdır. Prezidentin hətta fövqəladə vaxtlarda istədiyi hər şeyi etmək üçün total səlahiyyəti olduğu kimi bir səlahiyyəti yoxdur.”

Qubernatorlar Miçiqan ştatının qubernatoru Qretçen Uitmer də daxil olmaqla prezidentə cavab verdilər.

“Düyməni basıb həyatı normal vəziyyətə qaytara biləcək heç kəs ola bilməz, amma bu şəraitdə düymə yoxdur.”

Pandemiya dövründə federal hökumət ştatların öz vətəndaşlarını qoruya bilməsinə yardım məqsədilə onları təchizat və resurslarla təmin edib. Qanunvericirilər iqtisadiyyata yardım üçün 2 trilyon dollarlıq yardım paketi qəbul edib.

Lakin qubernatorlar və merlər əhalinin karantinə alınması və bizneslərin bağlanması da daxil olmaqla, ictimai səhiyyə və təhlükəsizlik məsələlərində səlahiyyətə malikdir.

Amerika Sahibkarlar İnstitunun təhlilçisi Adam Uayt: “Prezidentin iqtisadiyyatın yaxşılaşdırılmasını üçün hər cür stimulu var. Onun bunu etməsi üçün böyük maliyyəsi var. Buna görə də o, məhdud iqtisadi şəraitdə insanların karantində saxlanması və təhlükəsizliyin təmin edilməsi baxımından ön cəbhədə olan qubernatorlar və merlərdən fərqli bir mövqedədir.”

Ölkə iqtisadiyyatının tədricən normal fəaliyyətinə qaytarılması qərarının kmin çıxaracağı ətrafında fikir ayılıqlarına baxmayaraq, Trampın baş səhiyyə eksperti olan Entoni Fauçi deyir ki, virus öz vaxtını özü məüyyən edəcək.

ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçi: “Fikrimcə, bu icmalarda iqtisadi fəalliyyətin bərpasına necə başlanması məsələsi bizim nə baş verəcəyini bildiyimiz şeylərin qarşısını almaq qabiliyyətindən asılı olacaq. Mən sizi əmin edirəm ki, bir az geri çəkilən kimi yoluxmalar olacaq. Burada məsələ infeksiyanın öhdəsindən necə gələ biləcəyinizdən asılıdır.”

Tramp ölkənin bəzi hissələrində faəliyyətin mayın1-dən etibarən bərpasını nəzərdən keçirir. Doktor Fauçi buna həddən artıq nikbinlik kimi baxır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO