Dünya 18.04.2019 12:15

“Raquf Orucov Kuboku” turniri başa çatdı - FOTO

 

Aprelin 17-də əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər aprel şəhidlərinin xatirəsinə həsr olunmuş 21 yaşınadək gənclər arasında III “Raquf Orucov Kuboku” beynəlxalq komanda turniri keçirilib. Bakı İdman Sarayında təşkil olunan yarışın əsas məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarət olub.

Rakus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunun təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstanı təmsil edən 13 klub komandası mübarizə aparıb. Rusiyanı turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalar təmsil edib.

Turnirin açılış mərasimində dövlət və hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, veteran hərbçilər, şəhid ailələrinin üzvləri və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Çıxışlardan öncə iştirakçı komandaların paradı olub. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Raquf Orucovun oğlu Aqşin Oruclu yarış iştirakçılarını salamlayaraq turnirin təşkilatçılarına minnətdarlığını bildirib. O, ənənəvi olaraq təşkil olunan turnirə ictimaiyyət tərəfindən böyük maraq olduğunu qeyd edib: “Artıq 3 ildir ki, yarışa dəvət alan xarici idmançılar, Şəhidlər xiyabanını ziyarət edir, Azərbaycan qəhrəmanlarını tanıyırlar. Daha az komanda ilə başlanılan bu turnirə hər il daha çox xarici ölkədən klublar və idmançılar təşrif buyururlar. Bu gənclər arasında əfsanəvi komandir haqqında maarifləndirmə tədbirlərinin ən gözəl yollarından biridir. Əfsanəvi komandir Raquf Orucovun oğlu olaraq bu işlərin qarşısında əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov çıxışında qeyd edib ki, Aprel döyüşləri Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, xalqımızın birliyinin nümayişi idi.

O, vurğulayıb ki, Azərbaycan ordusunun şanlı qələbəsi olan bu tarixi zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. “Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri hər kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Bu döyüşlər Azərbaycan xalqının birliyinin, dəyanətinin, əyilməzliyinin və mübarizliyinin sübutudur. Ordumuzun əsgər və zabitləri Aprel döyüşlərində böyük hünər və rəşadət göstərərək öz qəhrəmanlıqları ilə tarix yazdılar. Qəhrəmanlar daim bizim qəlbimizdə yaşayacaqlar. Bu gün gənclər arasında təşkil olunan cüdo turniri də bunun bariz nümunəsidir. Bu yarış gənclərdə hərbi-vətənpərvərlik hissinin və döyüş ruhunun aşılanması baxımından çox vacibdir”, deyə Fərid Mansurov bildirib.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı hərbi-vətənpərvərlik hisslərinin, idmanın və sağlam həyat tərzinin gənclər arasında təbliğində belə turnirlərin əhəmiyyətini yüksək qiymətləndirib:

“2016-cı ilin Aprel döyüşləri Azərbaycan ordusunun ən parlaq qələbələrindən biridir. Aprel döyüşləri həmçinin Azərbaycan xalqının həmrəyliyini göstərdi. Bu döyüşlərdə siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs öz vətəndaşlıq mövqeyini nümayiş etdirdi. Raquf Orucov və onun kimi vətən yolunda şəhid olmuş digər qəhrəmanlarımız heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. İnanıram ki, Azərbaycan cüdosunun inkişafında atılan növbəti addımlardan biri kimi, bu turnir təşkilatı baxımından yüksək səviyyədə keçəcək”.

Bədii hissə ilə davam edən açılış mərasimindən sonra turnirin final mərhələsinə start verilib.

Əvvəlcə bürünc mükafatlar uğrunda görüşlər keçirilib. Üçüncü yer uğruda həlledici qarşılaşmalarda “Judo Club 2012” II ilə yanaşı, Rusiyanın Qroznı, Mahaçqala və Dərbənd yığmaları qarşılaşıb. Yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin idarəçiliyi ilə keçən görüşlərdə Rusiyanın “Mahaçqala” və “Qroznı” komandaları bürünc medallara layiq görülüb.

Turnirin finalında isə “Judo Club 2012”nin əsas komandası (“Judo Club 2012” I) və Gürcüstanın “Şevardeni” yığması qalib adı uğrunda yarışıb. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasından sonra Gürcüstan cüdoçuları III “Raquf Orucov Kuboku” turnirinin qalibi

olublar. “Judo Club 2012” I komandası isə ardıcıl üçüncü dəfə ənənəvi turnirin gümüş medalına layiq görülüb.

Xatırladaq ki, 2017-ci ildə ilk dəfə keçirilən “Raquf Orucov Kuboku” turnirinin finalında da Gürcüstan cudoçuları həlledici qarşılaşmada “Judo Club 2012” komandasına qalib gələrək yarışın ilk qalibi olmuşdular.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO