Kuba Kommunist Partiyasının nümayəndələri ölkə prezidenti Migel Dias-Kanelin partiyanın Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin lehinə səs veriblər.
Rakus.az xəbər verir ki, bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat paylaşılıb.
“Migel Dias-Kanel Bermudes Kuba Kommunist Partiyasının VIII qurultayında təşkilatın Mərkəzi Komitəsinin birinci katibi seçilib”, – məlumatda qeyd olunub.