skip to Main Content
Dünya 30.03.2019 10:57

Ronaldoya qarşı oynamaq xoş idi – MESSİ

“Barselona”nın kapitanı Lionel Messi maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb.    Rakus.az xəbər verir ki, argentinalı superulduz Kriştianu Ronaldonun “Real”dan gedişinə təəssüfləndiyini söyləyib.

O, portuqaliyalının sayəsində “Yuventus”un gücləndiyini vurğulayıb: “Çətin olsa da, Ronaldoya qarşı oynamaq xoş idi. Kriştianu “Real”da olanda titullar qazanmaqdan daha çox xoşum gəlirdi. Madriddə qalsaydı, əla olardı. “Yuventus”a  da böyük hörmətim var. Onların böyük oyunçuları, güclü komandaları var. Ronaldonun gəlişi ilə daha da gücləndilər. “Atletiko”nu məğlub etməklə Çempionlar Liqasının favoritinə çevriliblər”.

Messi uzun illər rəqib olduğu Ronaldonu dünyanın ən yaxşı futbolçusu hesab etdiyini də deyib: “Neymar, Mbappe, Suares, Azar kimi böyük futbolçular var. Onların hər biri ən yaxşı olar bilər. Ancaq Ronaldonu bu qrupdan ayrı tuturam, təbii ki, özümlə birlikdə”.

Leo karyerasının sonlarında ilk komandası “Nyuells Old Boys”a qayıtmasının real görünmədiyini deyib: “Nyuells”də oynamaq istərdim. Ancaq hazırkı vəziyyətdə Argentinaya qayıtmağım çətin görünür. Övladlarımı düşünürəm. Tiaqo artıq böyüyür və bizi qəbul edir. Onun Argentinaya qayıtmasını məcbur edən hər hansı bir səbəb yoxdu”.

Messi Argentina millisindəki çıxışına da toxunub. O, hətta tənqidlərdən oğlunun da təsirləndiyini söyləyib: “Oğlum yutubda videoları izləyir. Sonra məndən soruşur ki, səni Argentinada niyə öldürmək istəyirlər? Ancaq yenə də yığmanın formasını geyinmək xoşuma gəlir. Hələ də milli ilə uğur qazanmaq istəyirəm. Bütün vacib oyunlarda iştirak edəcəm. Dünya çempionatının finalında oynamışıq, hansı ki, bu, heç də asan deyil. Haqqımda çıxan söz-söhbətlər isə doğru deyil. Yığma üçün baş məşqçini mən seçmirəm. Belə xəbərlər ortaya çıxanda xoşbəxt olmaq çətindi. Braziliyada dünya çempionu olsaydıq, indi başqa şeydən danışardılar. Xırda detallar məğlubiyyətə səbəb oldu”.

Kapitan zədəsi barədə də məlumat verib: “Qasıq nahiyəsindən zədə almaq xoş deyil. Bu, bir neçə günə müalicə olunmur. Özümü yaxşı hiss edirəm, ancaq problem həll olunmayıb. Özümə qayğı göstərməliyəm”. (Matc.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO
Back To Top
×Close search
Axtar