Dünya 02.09.2020 22:07

Rusiya ilə Ermənistanın qeyri-sabitlik yaradan əlaqələri – TƏHLİL

Vladimir Putin Ermənistanı Azərbaycan Respublikasına qarşı intensiv şəkildə silahlandırır.
Rakus.az xəbər verir ki, bu barədə “NEW BLAZE” nəşri xəbər verir.

Rusiyaya məxsus silahların Ermənistana kütləvi şəkildə göndərilməsi Cənubi Qafqazda yeni müharibə ehtimalı ilə təhdid edir.

1991-ci ildə, təxminən 30 il əvvəl Sovet İttifaqı formal olaraq parçalandı və bu, bütün keçmiş Sovet respublikalarının ayrılmasına və müstəqilliyinə səbəb oldu. Bunlardan biri Azərbaycan Respublikası, digəri Ermənistandır.

Lakin, o illərdə Rusiya siyasi liderləri, xüsusilə də hazırkı prezident Vladimir Putin SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) dağılmasına görə qəzəb və təəssüflərini gizlətmədilər. Buna baxmayaraq, keçmiş Sovet respublikaları müstəqillik qazandı.

Bir vaxtlar cənab Putin Sovetlər Birliyinin dağılmasının (20-ci əsrin) “ən böyük geopolitik fəlakəti” olduğunu bildirmişdi.

Rusiya neo-imperialist qərəzinin və Sovet İttifaqının dağılmasından sonra yaranan yeni müstəqil respublikalar haqqında “yaxın xarici ölkələr” konsepsiyasının bir hissəsindən imtina etmədən, əvvəlki kimi Cənubi Qafqazı, yəni Ermənistanı, Azərbaycanı və Gürcüstanı özünün müstəsna təsir zonası hesab edir.

Avropa İttifaqı və ABŞ-ın Qafqazdakı nisbi fəaliyyətsizliyindən istifadə edən Rusiya xüsusən də Ermənistan və Azərbaycan arasında çoxdan bəri davam edən münaqişə ilə bağlı bölgədə getdikcə daha da aqressivləşir.

Münaqişə haqqında

Bu münaqişə 1990-cı illərin əvvəllərində, Ermənistanın Rusiyanın köməyi ilə Azərbaycan ərazisinə soxulduğu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonda etnik təmizləmə apardığı zaman başlayıb. Ermənistan bu bölgədə yaşayan bir milyona yaxın dinc sakini ata-baba torpaqlarını tərk etməyə və Azərbaycanın digər bölşələrində məcburi köçkünə çevrilməyə məcbur etdi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, erməni işğalını qınayan və bütün erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə: 822, 853, 874 və 884 baxmayaraq Ermənistanın təcavüzü davam edir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan, suveren Azərbaycan ərazilərinin təxminən 20 faizini qanunsuz hərbi işğalı altında saxlamağa davam edir. Təəssüf ki, təxminən 30 il sonra, hələ də, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmaq üçün Ermənistanın icazəsini gözləyirlər.

Azərbaycan heç nəyə baxmayaraq irəliləyir

Rusiyanın İrəvana hərbi və maliyyə yardımının köməyi ilə Azərbaycanın bir hissəsinin işğalı demək olar ki, Azərbaycanın müstəqillik qazanması üçün ödədiyi haqqdır. Azərbaycan Cənubi Qafqazdakı Rusiya silahlı qüvvələrini öz ərazisindən çıxaran ilk dövlət olub.

O illərdə, Azərbaycan ərazisinin bir hissəsinin qanunsuz erməni işğalı altındsa olmasına baxmayaraq, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlıların rifahı üçün qayğı göstərdi, Azərbaycan Respublikası Cənubi Qafqazda ən böyük iqtisadiyyata sahib ölkə olmaqla yanaşı, həm də Qərbin bölgədə mühüm bir müttəfiqi və ortağı oldu.

Üstəlik, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın rəhbərlik etdiyi hərbi-iqtisadi birliyə üzv olmaqdan imtina etdi.

Rusiya-Ermənistan əlaqəsi

Beləliklə, son 30 ildə Rusiyanın niyə Ermənistanı silahlandırmağa davam etdiyi tamamilə aydındır. Ermənistanda yerləşdirilmiş 5 000 əsgəri olan Rusiya hərbi bazası dünyanın ən böyük bazalarından biridir. Rusiya hərbi qüvvələri Ermənistanın sərhədlərini, hava məkanını qoruyur və Ermənistan iqtisadiyyatının 80%-i rus şirkətlərinə məxsusdur. Bundan əlavə, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan, NATO əleyhinə olan hərbi blokun, eyni zamanda Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür.

Düşmənçiliyin son kəskinləşməsi

12 iyul 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriyası Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın şimal-qərb sərhədindəki mövqelərini atəşə tutdu. Bu, son illərdə iki ölkə arasında atəşkəsin ən ağır şəkildə  pozulması idi. Nəticədə 15 Azərbaycan əsgəri və əlil olan 76 yaşlı dinc Azərbaycan vətəndaşı öldürüldü.

Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu işğal altındakı Qarabağ ərazilərindən uzaqda, ölkə sərhədi boyu baş verdi.

Tovuz rayonu strateji əhəmiyyətə malikdir. Burada Azərbaycanın suverenliyinin qorunması və iqtisadiyyatının inkişafı üçün vacib, eyni zamanda Avropa və ABŞ üçün böyük əhəmiyyət kəsb edən bir neçə strateji neft və qaz kəmərləri var. Nəqliyyat marşrutları Tovuz rayonundan keçir. Aİ-nin yaxın bir neçə ayda tam istifadəyə veriləcək Cənub Enerji Dəhlizinin əsas hissəsi olan Cənubi Qafqaz Qaz Boru Kəməri (SCP) Tovuzdan keçir.

SCP Azərbaycan qazını Gürcüstan, Türkiyə və Cənubi Avropadan keçən Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropa bazarlarına çatdıracaq. Daha vacibi bu boru kəməri Rusiya və İranı atlayaraq alternativ təbii qazı birbaşa Avropa bazarına çatdırır. Boru kəməri Avropanın Rusiya qazından asılılığını azaltmağa və qitənin enerji mənbələrinin şaxələndirilməsini yaxşılaşdırmağa kömək edəcəkdir.

Avropaya öz şəbəkələri ilə enerji tədarükünə nəzarət etməyə köklənən Rusiya təbii olaraq SCP layihəsinə sərt şəkildə qarşı çıxır. Bunu nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, Ermənistanın Azərbaycanın Tovuz rayonuna son hərbi hücumunun bu strateji əhəmiyyətli qaz kəmərinin inşasının başa çatmasına bir neçə ay qalmış təşkil olunması heç də təsadüfi deyil.

Rusiya silahlarının Ermənistana axını

Rusiya müttəfiqi Ermənistanı Azərbaycana qarşı fəal şəkildə dəstəkləyir, onu hücum silah sistemləri ilə təhciz edir. İyul toqquşmalarından sonra Moskva Ermənistana silah tədarükünü həyata keçirib.

17 iyul 2020-ci il tarixdə, son hərbi eskalasiyanın qızğın vaxtında Azərbaycanın xüsusi xidmət orqanları hərbi texnika və sursatın ilk tədarükü barədə məlumat verdi. Həmin vaxtdan Rusiya Ermənistana təxminən 500 ton silah çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev buna görə qəzəbini ifadə edib və Vladimir Putindən Rusiyanın Ermənistana silah tədarükü məsələsinə aydınlıq gətirməsini istəyib. Ermənistan-Azərbaycan münaqişəsinin həlli həvalə olunmuş ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olaraq Rusiya üçün münaqişə tərəflərindən birini intensiv şəkildə silahlandırmaq tamamilə qəbuledilməzdir. Nəticədə Rusiya Ermənistan-Azərbaycan münaqişəsindəki fikir ayrılıqlarını yumşaltmır, əksinə gərginliyi artırır.

Rusiya Ermənistana silah çatdırmaq üçün Xəzər dənizi və İran ərazisindən keçən marşrutdan istifadə etdi. Demək olar ki, hər gün Rusiyanın strateji İL-76 təyyarəsi böyük həcmdə silahla Ermənistanın paytaxtı İrəvana enir. Rusiyanın Ermənistanı Azərbaycana qarşı yeni bir müharibəyə hazırladığı tamamilə açıq şəkildə görünür.

İran həmişə Azərbaycanın dünyəvi idarə edilməsinə böyük şübhə ilə yanaşaraq Azərbaycanın ABŞ və İsrailin strateji tərəfdaşı olduğunu bildirib. Beləliklə, İran Qafqazdakı təhlükəli enerji oyununun könüllü iştirakçısıdır.

Azərbaycan davamlı olaraq Ermənistanın Suriyada Rusiyanın tərəfini tutduğunu, ora kontingent göndərdiyini bildirib və Ermənistan ərazisindən Suriyada hərbi əməliyyatlarda iştirak edən rus hərbçiləri tərəfindən istifadə edildiyini qeyd edib. Bu o deməkdir ki, Ermənistan Suriyadakı münaqişənin fəal iştirakçısıdır, onun bu ölkədə kadrları var və Ermənistan həmçinin Suriyada “qara bazar”dan silah almaqla məşğuldur.

Cənubi Qafqazdakı son hadisələr, xüsusilə Rusiyanın neoimperialist siyasəti və onun tərəfindən silah təchizatı həyəcan doğurur. Azərbaycanın geostrateji və geoiqtisadi əhəmiyyətini, habelə Mərkəzi Asiyanın Qərblə birləşdirilməsindəki vacib rolunu nəzərə alaraq ABŞ və Avropa Rusiyanın Ermənistana davam edən silah çatdırılmasından narahat olmalıdır.

Heç bir diplomatik müdaxilə olmadan Cənubi Qafqaz regionunda iğtişaşlar başlaya bilər və bundan yalnız Rusiya qazana bilər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO