Dünya 27.04.2019 00:33

Rusiya Ukraynanın QANUNUNU pislədi

Rusiya Ukraynanın ukrain dilinin rəsmi dövlət dili kimi qəbul etdiyi yeni qanununu pisləyib.

Rakus.az xəbər verir ki,  Ukraynanın şərqindəki əhalinin çoxu Moskvanın dəstəklədiyi rusdilli separatçılardır. Digər tərəfdən Rusiyanın ölkənin şərqində yaşayan əhaliyə Rusiya pasportu verməsi Ukraynanı hiddətləndirib.

Moskvanın Ukraynanın şərqindəki separatçılara pasport verməsi Rusiyanın bu regionda nəzarətini artırması deməkdir. Avropa İttifaqı bu addımı Ukraynanın suverenliyinə hücum adlandırıb. Lakin Rusiya Prezidenti Vladimir Putin qəbul etdiyi bu qərarı müdafiə edib: “Macarıstan pasportlarını verir, Rumınya pasportlarını macarlara, rumıniyalılara, polşalılara verir. Mənim sualım var, Ukraynada yaşayan ruslar rumınlardan, polşalılardan və ya macarlardan pisdir? Və ya orada yaşayan, ailə, qarışıq nikahlar, yəni müxtəlif səbəblərə görə Rusiya ilə əlaqəsi olduğu üçün təzyiqlərə məruz qalan ukraynalılar? Mən burada qeyri-adi heç nə görmürəm.”

Putin ukraynalılara pasport verilməsi bağlı qanunu çərşənbə günü, Ukraynaya yeni prezident seçilməsindən bir neçə gün sonra imzalayıb. Hazırkı Prezident Petro Poroşenkoya qalib gələn Vladimir Zelenski Rusiyaya qarşı daha çox sanksiyalara çağırıb.

Moskva da öz növbəsində Ukrayna parlamentinin cümə axşamı səsvermə yolu ilə Ukrayna dilini rəsmi dövlət dili qəbul etməsini “skandal” kimi qiymətləndirıb. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova: “Artıq aydındır, Ukraynanın qəbul etdiyi qərarın ölkədə cəmiyyətin parçalanmasının və Ukraynadakı böhranı dərinləşdirəcəyinin şahidi olacağıq.”

Ukraynanın Donetsk və Luqansk regionlarının separatçı rusdilli sakinləri Kiyevi tanımır. Onlar iqtisadi və hərbi dəstəyi Moskvadan alır. Ukrain dilinin rəsmi dövlət dili elan edilməsinin çox güman ki, həmin regionlara təsiri olmayacaq.

Rusiya və Ukrayna dilləri bir-birinə çox yaxındır və ukraynalıların çoxu hər iki dildə sərbəst danışır. Lakin keçmiş Sovet respublikası olan Ukrayna üçün öz dilinin rəsmi olması həm də müstəqilliyin simvoludur. “Ukraynalıların çoxu bir neçə dil bilir. Lakin yalnız biri – dövlət dili qorunmalıdır. Müstəmləkə dövlətdən fərqimiz bundadır” – deyə, Kiyev sakini Natalya Şamanova bildirir.

Unraynanın qəbul etdiyi yeni qanun üç il – hökumətə dövlət dilinin mərkəzləşməsi və mədəniyyətləşməsinə hazır olmasına vaxt vermək üçün qüvvəyə minməyəcək.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO