Rusiyada “Areplivir” preparatı satışa çıxarıldı
Rusiya apteklərində koronavirusa qarşı ambulator qaydada istifadəsinə icazə verilən “Areplivir” preparatının satışı başlayıb.
Rakus.az xəbər verir ki, bunu preparatın istehsalçısı olan “Promomed” kompaniyasının baş direktoru Andrey Mladentsev deyib.
“Bu gün satışların birinci günüdür. Lakin preparatı sentyabrın 18-də ala bilən apteklər satışa şənbə günündən başlayıb”, – deyə o bildirib.
Andrey Mladentsevin sözlərinə görə, preparat, bütün iri aptek şəbəkələri və distribüterlər tərəfindən sifariş olunub. Satışların ilk mərhələsində preparatın Rusiyadakı təxminən 10 min aptekə çatdırılması nəzərdə tutulur, sonradan satış nöqtələrinin sayı artırılacaq.
Bir qədər əvvəl “Promomed” kompaniyasının rəhbəri “Areplivir”in 200 milliqramlıq 40 həbdən ibarət bir paketinin pərakəndə satış qiymətinin 12 min 320 rubl (təxminən 162 dollar) olacağını demişdi.