Rusiyanın əsir mübadiləsi – Ukrayna xalqının qəzəbi – TƏHLİL - FOTO
Kiyevdə rusiyapərəst separatistlərlə əldə olunan əsir mübadiləsi geniş tənqidlərlə üzləşir.
Rakus.az xəbər verir ki, mübadilə əsnasında Ukrayna hökuməti 2014-cü il Maydan inqilabı zamanı dinc nümayişçilərə atəş açmaqda ittiham olunan 5 polis zabitini ruslara təhvil verib.
İttiham olunan polislər hazırda buraxılmış Berkut yarı-hərbi dəstəsinin üzvləri olub.
Üsyan vaxtı öldürülmüş adamların qohumları Prezident Volodimir Zelenskidən həmin polisləri mübadiləyə daxil etməməyə çağırmışdılar.
Bazar günü baş verən mübadilədən sonra Ukrayna lideri qərarı müdafiə edərək deyib ki, həmin şəxslərin sərbəst buraxılması ukraynalı kəşfiyyatçıların azad edilməsi üçün şərt idi.
İki vuruşan tərəflər arasında baş verən mübadilə200nəfəri əhatə edib.
“Bu, çətin qərar idi. Bu, siyasi qərar idi,” Zelenski Kyivin Borispil Beynəlxalq Aeroportunda müxbirlərə bildirib.
Prezidentin bəyanatı 2014-cü ildə həlak olanların qohumlarını razı salmayıb.
Onlarla sivil cəmiyyət təşkilatları da Rusiyanın tələbləri qarşısında qatil şübhəlilərin buraxılmasına etiraz edərək bəyanat yayıblar.
“Kremlin istəyi əsasında qəbul edilən bu qərar qanun aliliyi, ədalət və ləyaqət dəyərlərini sarsıdır və bu addım Ukrayanada müxtəlif qruplar arasında nifrət toxumu səpə bilər”,- bəyanatda bildirilir.