Rusiyanın naziri KXDR-də səfərdədir

Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Xalq Demokratik Respublikasında (KXDR) səfərdədir.
Rakus.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. KXDR tərəfi Rusiya nümayəndə heyətinin səfərinin məqsədi və digər detalları barədə məlumat verməyib.
Cənubi Koreyanın “Yonhap” agentliyi isə bu səfərin KXDR lideri Kim Çen Inın Rusiyaya gözlənilən səfəri ilə bağlı ola biləcəyini yazır.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda KXDR liderinin Rusiyaya səfər edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Kim Çen In Şimali Koreyanın lideri olduqdan sonra Rusiyaya səfər etməyib. Bəzi mütəxəssislər KXDR liderinin Rusiyaya səfərinin bu ay reallaşacağını iddia edirlər. Ötən ay KXDR xarici işlər nazirinin müavini İm Çon İl Rusiyada səfərdə olub. (AZƏRTAC)