Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşları saxlanılıb.
Rakus.az xəbər verir ki, bu barədə kanalın özü xəbər yayıb.
Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər. Sonra onlarla əlaqə kəsilib.
Moskva vaxtı ilə saat 21:00-da Aleksey Petruşko qısa bir SMS göndərməyə imkan tapıb.
“Nə səbəbdənsə bizi hələ də saxlayırlar”, – deyə ismarıcda bildirilib.
Bundan sonra yenidən onlarla əlaqə yaratmaq mümkün olmayıb; nə zənglərə, nə də mesajlara cavab verilib.
“NTV televiziya şirkəti, vəziyyəti aydınlaşdırmaq üçün Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Türkiyədəki Baş Konsulluğu ilə sıx təmasdadır”, – deyə kanaldan bildirilib.