Kriminal 14.09.2019 13:27

YENİLƏNDİ: Sabiq məhkəmə sədri bu səbəbdən öldürüldü – RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Tovuz Rayon Xalq Məhkəməsinin keçmiş sədri Firuddin Ələkbərlinin güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı məlumat yayıb.

Rakus.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş Firuddin Ələkbərlinin işlədiyi ofisə gələn Yanıqlı kənd sakini Əli Şəmiyev münaqişə zəminində odlu silahdan açdığı atəşlə ona xəsarət yetirib.

Ə.Şəmiyev könüllü olaraq Tovuz Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub, cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və 16 ədəd patronu təhvil verib.

Xəstəxanaya yerləşdirilən F.Ələkbərli orada ölüb.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Xatırladaq ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.

13.09. saat 13:27
Tovuz rayonunda sabiq məhkəmə sədrinin qətli ilə bağlı bəzi təfərrüat məlum olub.
Rakus.az xəbər verir ki, , Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub.
Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və aidiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən proses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb.
Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər.
Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi “TT” markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb. Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.
Qeyd edək ki, Əli Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.
Faktla Bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. (Report)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO