Rusiyalı ekoloqlar qəribə hadisə ilə rastlaşıblar.
Rakus.az xəbər verir ki, Sankt-Peterburqda iki çayın suları rəngini dəyişib.
Onlardan biri ağ köpüklərlə örtülüb, digəri isə əvvvəlcə tünd çəhrayı, daha sonra isə tünd qırmızı rəngə boyanıb.
Sahil yaxınlığında yaşayan şəxslər çaylardan kəskin qoxunun gəldiyini bildiriblər.
Ekoloqların fikrincə, hadisə şəhərin sənaye zonasından su hövzələrinə axıdılan kimyəvi tulllantılarla bağlı ola bilər.