Kriminal 11.10.2019 18:00

Saxta içkilər hazırlayan həbs edildi - FOTO

Saxta alkoqollu içkilər hazırlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Rakus.az xəbər verir ki, Vergilər Nazirliyindən verilən məlumata görə, xəbər verdiyimiz kimi, sentyabrın 26-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus istehsal obyektində 4955 ədəd saxta aksiz markaları olan rulonlar və saxta aksiz markaları ilə markalanaraq satış məqsədilə saxlanılmış 1036 ədəd müxtəlif adda kustar üsullarla hazırlanmış alkoqollu içkilər aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, vergi orqanlarına fəaliyyətini dayandırması barədə rəsmi məlumat verən vergi ödəyicisi, bununla belə, istehsal obyektində faktiki olaraq fəaliyyət göstərməkdə davam edib.

Nəzarət tədbiri zamanı istehsal müəssisəsində, həmçinin, insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlulun aşkar edilməsi ilə əlaqədar olaraq, Vergilər Nazirliyi tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib.

Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalardan sonra təqdim olunmuş rəyə əsasən, ekspertiza edilmiş araq məhsulları toksikoloji normalara cavab verməyib. Toksikoloji analizlər zamanı nümunələrdə sirkə aldehidinin və sivuş yağlarının miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşdirilib. Beləliklə, qeyd olunan məhsulların içki kimi istehlakının insan orqanizmi üçün təhlükəli olduğu müəyyən edilib. Həmçinin ekspert tədqiqatının aparılması üçün alkoqollu içkilər və aksiz markaları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və həmin məhsulların saxta olması haqqında da rəy verilib.

Saxta və insan sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalı faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 oktyabr 2019-cu il tarixli qərarı ilə İsmayılov Arzu Aydın oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vergilər Nazirliyi bir daha xatırladır ki, vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək. Vətəndaşlar bu cür saxta malların satışı faktlarına rast gəldikdə, Vergilər Nazirliyinə müraciət etməlidirlər. Bununla siz həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO